Ağstafada ağacəkmə aksiyaları davam etdirilir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlərin, o cümlədən ağacəkmə aksiyalarının təşkili işləri davam etdirilir.
Növbəti start verilən ağacəkmə aksiyaları rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarını əhatə edir və Ağstafa RİH başçısı Seymur Orucov, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, könüllü gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Aksiyalar çərçivəsində Bakı-Qazax-Gürcüstan və Ağstafa-Sadıqlı-Gürcüstanla dövlət sərhəddi avtomobil yollarının rayon ərazisində keçən hissələri boyunca - Ağstafa şəhəri, Saloğlu qəsəbəsi, Köçəsgər, Qırılı, Dağ Kəsəmən, Xətai, Poylu, Köçvəlili və Muğanlı kənd yaşayış məntəqələrində eldar şamı, sərv, göyrüş, akasiya və tut növlərindən olan on mindən çox ağac tingi əkiləcəkdir. Ekoloji sağlamlığın və ətraf mühitin qorunması məqsədi ilə salınan yaşıllıq zonalarına bütün zəruri aqrotexniki qulluq göstərilir.






/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat