Ağstafada karantin rejiminin sərtləşdirilməsi barədə qərardan sonra restoran açılıb
Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verdiyi ərəfədə Ağstafa şəhərində restoran açılışı olub.
Open.az-ın xəbərinə görə, "İzmir" adı verilən restoranın açılış mərasimi ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi barədə qərarından sonra baş tutub.
Açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təmtəraqlı tədbirdə restoranın sahibi Zabit Vəliyev çıxış edib.
Sosial şəbəkə istifadəçiləri Ağstafa RİH-in saytında yerləşdirilən fotoları paylaşaraq iştirakçıların karantin qaydalarını pozduğunu bildirir.
Tədbir zamanı iştirakçıların cəm halında toplaşması, sosial məsafəyə və tibbi maskadan istifadə qaydalarına riayət olunmaması kimi hallar da müşahidə olunub. Çünki hələ virusun ölkəmizdə yayıldığı ilk aylarda insanların cəm halda bir yerə toplaşması qadağan edilib.
Ağstafa RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Naqif Mehdiyev "Report"a bildirib ki, həmin restoran dekabrın 9-u açılıb:
"Xəbər isə dekabrın 13-ü icra hakimiyyətinin saytında paylaşılıb. Nazirlər Kabinetinin qərarı da ayın 14-ü qüvvəyə minib. Həmin açılışda kimin iştirak etməsi barədə məlumatım yoxdur. Məzuniyyətdə olmuşam, işə də bu gün çıxmışam. Hazırda rayonda heç bir restoran və kafe fəaliyyət göstərmir. Həmin restoran da yalnız qayda-qanuna uyğun olaraq onlayn sifariş və çatdırılma ilə işləyir".
Eyni zamanda dekabrın 15-də Ağstafa RİH rəsmi feysbuk səhifəsində restoranın açılış mərasiminin keçirilməsi ilə bağlı məlumatları və fotoları paylaşıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yüksək yoluxma səviyyəsini nəzərə alaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi ilə bağlı dekabrın 8-də qərar imzalayıb. Qərara uyğun olaraq, dekabrın 14-dən ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb.(report)

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı