AHİK: "Cozef Baydenin ifadələri tarixi həqiqətlərin təhrif olunmasıdır

AHİK: "Cozef Baydenin ifadələri tarixi həqiqətlərin təhrif olunmasıdırAHİK: "Cozef Baydenin ifadələri tarixi həqiqətlərin təhrif olunmasıdır"
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi ABŞ prezidenti Cozef Baydenin aprelin 24-də səsləndirdiyi ifadələrlə bağlı bəyanat yayıb.
Konfederasiyadan "Report"a bildirilib ki, ABŞ prezidenti Cozef Baydenin ifadələri 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Həm də qeyri-real olan "erməni soyqırımı" ifadəsinin ABŞ kimi nüfuzlu dövlətin başçısının dilindən eşitmək məyusedicidir.
"Soyqırımı"na məruz qalmış bir xalq kimi özünü təqdim edən, bütün dövlətləri də bu yalanlara inandırmağa çalışan Ermənistanın mövcud olduğu qısa tarix ərzində azərbaycanlılara qarışı dəfələrlə qətilamlar, təxribatların şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktlarla sübut edilib. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Quba rayonundakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Təkcə çox da uzaq olmayan tarixdə - 29 il əvvəl Ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı 613 azərbaycanlı qətlə yetirilib. Bu hadisə dünyanın gözü qarşısında baş verib və bunu sübut edən yüzlərlə video və fotolar movcuddur. Amma dünya dövlətləri bu qədər faktlar qarşısında Xocalı soyqırımını qiymətləndirməkdə çətinlik çəkir.
"Erməni soyqırımı"nı bütün dünyaya qəbul etdirməyə çalışan ermənilərin yalançı və uydurma arqumentləri heç bir tarixi fakta söykənmir. Bir məqama diqqət yetirək: ermənilər iddiasına görə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon erməni "qətlə yetirilib", amma məlumdur ki, həmin vaxt ümumiyyətlə, dünyada heç bu qədər erməni yaşamayıb".
Türkiyə dövləti 1915-ci il hadisələrini araşdırmağın tarixçilərin işi olduğunu, bunun üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa və arxivləri açmağa hazır olduğunu dəfələrlə bildirsə də, erməni tərəfi yalançı soyqırımı ilə bağlı fantaziyalarının iflasa uğramasından qorxaraq bu təklifdən imtina edib.
"Azərbaycan Həmkarlar İttifaqları olaraq hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bildirir, ermənipərəst ideyalar sərgiləyən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirik. Bugünkü dövlətlərin və beynəlxalq təşkilatların, həmçinin beynəlxalq hüququn mövcud olmadığı bir dövrdə baş verməsi iddia edilən qeyri-real hadisələrin araşdırılmadan, faktlara əsaslanmadan "erməni soyqırımı" kimi Cozef Bayden tərəfindən təqdim edilməsini qınayır və qubuledilməz hesab edirik", - deyə Konfederasiyadan qeyd edilib. /oxu.az

Siyasi       Tarix: 26 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə