Aİ-95-in istehsalı niyə dayandırılır?
2026-cı ildə aksizlər üzrə büdcəyə daxilolmalar 1 584 000 000 manat məbləğində nəzərdə tutulur.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən ki, bu da cari ilin proqnozu ilə müqayisədə 71 700 000 manat və ya 4,3 % az, 2024-cü ilin icrası ilə müqayisədə 232 700 000 manat və ya 17,2 % çoxdur.
Həmin məbləğin 49,2 %-i və ya 779 000 000 manatı neft-qaz sektorunun, 50,8 %-i və ya 805 000 000 manatı qeyri neft-qaz sektorunun payına düşür.
Qeyri neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 125 000 000 manat və ya 18,4 % çox, neft-qaz sektoru üzrə 196 700 000 manat və ya 20,2 % az, 2024-cü ilin icrası ilə müqayisədə isə neft-qaz sektoru üzrə 105 000 000 manat və ya 15,6 %, qeyri neft-qaz sektoru üzrə isə 127 700 000 manat və ya 18,9 % çox nəzərdə tutulur.
Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239 900 ton və ya 14,7 %, dizel yanacağı üzrə isə 298 500 ton və ya 13,7 % azalma ilə proqnozlaşdırılmasıdır. Qeyri-neft sektorunda artım isə növbəti ildən bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması ilə bağlıdır.
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma