Aİ-də xəritə QALMAQALI BÖYÜYÜR: Bunu qəbul etsələr, bölgədə QARŞIDURMALAR OLACAQ

Aİ-də xəritə QALMAQALI BÖYÜYÜR: Bunu qəbul etsələr, bölgədə QARŞIDURMALAR OLACAQSloveniya Baş naziri Yanez Yanşa tərəfindən Avropa İttifaqına təqdim olunan "Bosniya və Herseqovinanın sərhədlərinin yenidən çəkilməsi" adlı təklif sənədi bölgədəki ölkələrin əsas gündəmində çevrilib.
Publika.az xəbər verir ki, Aİ-nin bu təkliflə bağlı susqunluğunu qoruduğunu qeyd edən mütəxəssislər Sloveniyanın İttifaqa təqdim etdiyi təklifin qəbul ediləcəyi təqdirdə bölgədə qarşıdurma yarana biləcəyini deyiblər.
Avropa İttifqaı Bosniya və Herseqovinanın gündəmindəki mövzuda susqunluğunu davam etdirərkən, Albaniya Baş naziri Edi Rama və Serbiya Prezidenti Aleksandar Vuçiçin verdiyi açıqlamalar bölgədəki bir çox siyasətçi və vətəndaşın düşüncəsində suallar doğurub.
Mövzu ilə əlaqədar qiymətləndirmə aparan siyasi analitik Hamdi Fırat Büyük Yanşanın göndərdiyi məktubun rəsmi bir sənəd keyfiyyətinə sahib olmadığını vurğulayıb:
"Sloveniya Baş nazirinin Avropa İttifaqına göndərdiyi məktub rəsmi xüsusiyyətləri olmayan və təklif olan sənəddir. Sərhədlərin yenidən çəkilməsi və bütün bölgəni Aİ-ə götürmək yolu ilə Balkanlardakı etnik problemlərin həllinə və Bosniya daxilində Serb Republikasını yaratma planını özündə ehtiva edən sənəddir. Bu, Serbiya və xorvatların sıx məskunlaşdığı cənubdakı Herseqovina bölgəsi olan Mostarı da əhatə edəcək. Sənədə əsasən, Kosovodakı serblərin Serbiyaya birləşməsi və Kosovo və Makedoniyanın albanların çoxluq təşkil etdiyi bölgələrin birləşməsi ilə Böyük Albaniya qurulacaq. Bölgədəki etnik problemlərin böyük Serbiya və Albaniya qurularaq həll ediləcəyi güman edilir".
Aİ-də xəritə QALMAQALI BÖYÜYÜR: Bunu qəbul etsələr, bölgədə QARŞIDURMALAR OLACAQBölgədəki ölkələrin siyasətçiləri və siyasi analitiklərinin təklif qəbul edildiyi təqdirdə qarşıdurmaların baş verəcəyi ilə bağlı açıqlamalar verdiyini bildirən H.F.Büyük vurğulayıb:
"Digər Balkan ölkələrindəki siyasətçilər, xüsusilə də Kosovo, Şimali Makedoniya və Monteneqrodan olan mütəxəssislər belə deyir. Bildirilir ki, bu vəziyyət bölgədə yeni qarşıdurmalara səbəb olacaq. Belə bir açıqlama da Albaniya Baş naziri Edi Rama tərəfindən edilib".
Qeyd edək ki, bu yaxınlarda Sloveniya Baş naziri Yanez Yanşa Bosniya və Herseqovinanın sərhədlərinin dəyişdirilməsini təklif edən məktubu Avropa İttifaqına təqdim edib. Aİ hələ ki, bununla bağlı rəsmi açıqlama verməyib.
Akqabay

Dünya       Tarix: 25 aprel 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun şou biznes xəbərləri ən son xəbərlər bugün axsam az xeberler