Aİ Gürcüstanı Rusiya təyyarələrini ərazisinə buraxmamağa ÇAĞIRDI
Aİ Gürcüstanı Rusiya təyyarələrini ərazisinə buraxmamağa çağırıb.
KONKRET.az xəbər verir ki, Aİ Xarici Xidmətinin nümayəndəsi Piter Stano Aİ-yə üzv olmaq iddiasında olan Gürcüstanı Rusiya təyyarələrini öz ərazisinə buraxmamağa çağırıb.
"Aİ Gürcüstanı təhlükəli rus təyyarələrini öz ərazisinə buraxmamağa çağırır. Çünki Aİ və ABŞ sanksiyaları Rusiyaya onların lisenziyalı texniki xidmət göstərməsinə imkan vermir", – Stano bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya aviaşirkətləri Gürcüstana uçuşlara gələn həftədən başlaya bilər.
Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan bildirib ki, Rusiya ilə Gürcüstan arasında aviareyslər bir ay ərzində bərpa oluna bilər.
Onun sözlərinə görə, Gürcüstan çətin şərtlər irəli sürməsə, bu baş verəcək. Muradyan Rusiya turizm sənayesinin Gürcüstana ehtiyacı olduğunu və maraqlı olduğunu da vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi