Aİ Malinin Baş nazirinə sanksiyalar tətbiq etdi
Avropa İttifaqı (Aİ) Şurası hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Mali keçid hökumətinin 5 rəsmisinə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.
Bu barədə KONKRET.az xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, xüsusən Baş nazir Şoqel Kokalla Mayqa sanksiyalara məruz qalıb.
Şuranın rəsmi məlumatında deyilir ki, onlar Malidə siyasi keçid prosesinin uğurla həyata keçirilməsinə mane olan və sarsıdan hərəkətlərə görə sanksiyaya məruz qalıblar.
Sanksiyaların tətbiq edildiyi şəxslərin hamısının Aİ ərazisinə daxil olması və ya tranzit keçidi qadağan edilib, onların Aİ-dəki hesabları dondurulacaq. Bununla yanaşı, Aİ vətəndaşları və şirkətlərinin onlara birbaşa və ya dolayı yolla vəsait ayırması qadağan edilib.
"Aİ Saxel xalqını dəstəkləməyə davam edir və Malidə qanunun aliliyinə, insan hüquqlarına və beynəlxalq humanitar hüquqa ciddi riayət olunmasına tam sadiqliyini bir daha bəyan edir", – Aİ Şurası bildirib.
Xatırladaq ki, Malidə çevriliş 24 may 2021-ci ildə baş verib, Avropa Şurası bu hadisəni kəskin şəkildə pisləyib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var