Aİ meşələrin qorunması üçün bir milyard avro ayırdı
Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını elan edib.
Publika.az "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çərşənbə axşamı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin Qlazqoda keçirilən 26-cı Konfransında (COP26) çıxış edərkən bildirib.
"Mən Avropa Komissiyasının meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsü üçün 1 milyard avro ayıracağını elan etməkdən məmnunam", - deyə o bildirib. Fon der Lyayen həmçinin söz verib ki, Avropa Komissiyası tezliklə Aİ-nin meşələrin qırılmasına təsiri məhdudlaşdırmalı olan direktiv təqdim edəcək. "Aİ bazarlarına daxil olan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, bazar günü işinə başlayan COP26 konfransı noyabrın 12-dək davam edəcək. Konfransda 200-ə yaxın ölkədən nümayəndə heyəti iştirak edir, onlardan 120-si ən yüksək səviyyədə təmsil olunur. Azərbaycan konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm