Aİ Suriyaya qarşı sanksiyaları zəlzələyə görə yumşaldır
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları müvəqqəti yumşaltmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu yolla siyasətçilər ayın əvvəlində 5,8 mindən çox adamın ölümü ilə nəticələnən zəlzələdən sonra ölkəyə yardım çatdırılmasını asanlaşdırmaq istəyirlər.
"Altı ay müddətinə nəzərdə tutulan tədbir Suriyada zəlzələ ilə daha da dərinləşən humanitar böhranın şiddəti ilə əlaqədar qəbul edilib", – deyə məlumatda qeyd olunur.
Sanksiyaların yumşaldılmasından sonra humanitar təşkilatlar Aİ-nin sanksiyalarına məruz qalan təşkilatlara mal göndərmək və ya xidmət göstərmək üçün Avropadan qabaqcadan icazə almağa məcbur olmayacaqlar.
Suriya hökuməti və əlaqəli şirkətlər Dəməşqin müxaliflərə qarşı repressiyasına görə Aİ-nin sanksiyalarına məruz qalırlar. Aİ-nin 2011-ci ildə tətbiq etdiyi sanksiyalar 291 fiziki şəxsi və 70 qurumu əhatə edir, buraya aktivlərin dondurulması və səyahət qadağası da daxildir.//Oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir