Aİ Türkiyəyə qarşı ikili standartlara son qoymalıdır - ƏRDOĞAN
"Avropa İttifaqı (Aİ) Ankaraya münasibətdə ikili standartların tətbiqinə son qoymalıdır".
Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə müraciətində deyib.
Onun sözlərinə görə, Ankarada "Aİ-nin Türkiyəyə qarşı, bloka qəbul edilmiş digər ölkələr kimi, eyni proses və təcrübəni tətbiq edəcəyini gözləyirlər".
Türkiyə lideri qeyd edib ki, pandemiya fonunda Avropa ölkələrində baş verən sosial təlatümlərə hakimiyyətlərin reaksiyası onların Türkiyəyə qarşı ikili standartlarını üzə çıxarıb.
Prezident Ərdoğan Ankara ilə Kiyev arasındakı əlaqələrin gücləndirilməsi mövzusuna da toxunub. O, "Türkiyə-Ukrayna münasibətlərinin inkişafı istiqamətində atılan hər addımın regionda sülh və əmin-amanlıq üçün vacib olduğunu" vurğulayıb.
Ölkə lideri regionda sabitliyi təmin etmək üçün Türkiyə ilə Rusiya arasında qarşılıqlı fəaliyyətin vacibliyini də bəyan edib: "Düşünürəm ki, şəraitdən asılı olmayaraq, Rusiya ilə dəstəklədiyimiz dialoq kanalları regionumuzda böhranların qarşısının təhlükəli miqyasa çatmamışdan əvvəl alınmasında həqiqətən uğurlu nəticələrə gətirib çıxarıb".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək