"Air Astana" Azərbaycana uçuşların tezliyini artırmağı düşünür
"Air Astana" Azərbaycana uçuşların tezliyini artırmağı düşünür
Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" iqtisadi cəhətdən məqsədəuyğun olarsa, Azərbaycana uçuşların tezliyini artıra bilər.
Bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, "Air Astana" aviaşirkəti həmişə bu istiqamətdə uçuşlara tələbat dinamikasının inkişafını diqqətlə izləyir.
Qeyd edilib ki, "Air Astana" şirkətlər qrupu, o cümlədən "FlyArystan" 2024-cü ilin martına qədər qış cədvəlinə uyğun olaraq Almatı, Astana və Aktau şəhərlərindən Azərbaycana həftədə yeddi reys həyata keçirəcək.
"Bunlardan Astana-Bakı-Astana istiqamətində həftədə iki, Aktau-Bakı-Aktau istiqamətində həftədə üç reys "FlyArystan" bölməsi tərəfindən həyata keçirilir. "Air Astana" şirkəti tərəfindən isə Almatı-Bakı- Almatı istiqamətində həftədə iki reys həyata keçirilir. Onu da qeyd edək ki, 2023-cü ilin iyul ayından etibarən AZAL aviaşirkəti ilə Almatı-Bakı-Almatı marşrutu üzrə kod-şer sazişi imzalanıb ki, bu da sərnişinlərin rahatlığı üçün marşrutun kombinasiyası imkanlarını artırır", - deyə aviaşirkətdən əlavə edilib.
Qeyd edək ki, "Air Astana" Qazaxıstanın Almatıda yerləşən ən böyük aviaşirkətidir. "Air Astana" şirkətlər qrupuna aşağıbüdcəli "FlyArystan" şirkəti də daxildir. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu