Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO
Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO
Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb.
Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalında məlumat verib.
"Bu gün Bakı-Omsk reysinin ilk sərnişinlərini şəhərimizə çatdıran "İrAero" aviaşirkətinin təyyarəsi Omsk hava limanına enib. Bir saatdan bir qədər sonra Omsk sakinləri Xəzər dənizinin sahillərinə, Azərbaycanın paytaxtına yola düşdülər. Xatırladaq ki, Bakı-Omsk-Bakı reysi 10 il idi reys cədvəlində deyildi. Ona görə də bunu inamla çoxdan gözlənilən hadisə adlandırmaq olar", - deyə məlumatda bildirilib.
Azərbaycandan gedən qonaqları Omsk vilayətinin Turizm İnformasiya Mərkəzinin əməkdaşları qarşılayıblar. Əməkdaşlar Omsk şəhərinin turizm xəritələrini və regionun maraqlı yerləri ilə bağlı bələdçi kağızlarını paylayıblar. Qayıdış reysi üçün qeydiyyatdan keçməyə gələn sərnişinlər Omsk hava limanının baş direktoru Oleq Seliverstovdan suvenirlər və biznes salonunda xidmət üçün sertifikatlar alıblar.
Uçuşlar həftədə bir dəfə "Superjet 100" vasitəsilə həyata keçirilir. Təyyarə çərşənbə axşamı günü Omsk şəhərinə çatır və demək olar ki, dərhal əks istiqamətə uçur. Səyahət vaxtı 3,5 saat təşkil edir.





/ oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
İnsan ölənə yaxın bu 4 sözü deyir
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO
Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb
Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü
ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti
İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
Bəzi məhsullar bahalaşıb - Siyahı