"Akıncı" Rusiya "Pantsir"ini 30 km məsafədən "darmadağın edir" - "ROKETSAN"dan "Zara"ya CA

"Akıncı" Rusiya "Pantsir"ini 30 km məsafədən "darmadağın edir" - "ROKETSAN"dan "Zara"ya CAÖtən gün Türkiyənin "Baykar Savunma" şirkəti "Bayraktar Akıncı" döyüş pilotsuz təyyarəsinin "ağıllı" raketlərlə ilk döyüş atışları həyata keçirdiyini elan edib. Sınaq atışları əvvəlcə "ROKETSAN" şirkətinin işləyib hazırladığı, 94 kiloqram ağırlığındakı MAM-T qanadlı raketi ilə həyata keçirilib. Daha sonra "Akıncı" MAM-T raketinə daha əvvəl "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin arsenalına daxil edilən MAM-L və MAM-C raketlərini də əlavə etməklə tam döyüş təchizatı ilə uçub, bu raketlərlə də hədəfə dəqiq zərbələr endirib.

ROKETSAN
Xəbər verildiyi kimi, "Baykar" şirkəti bu ilin əvvəllərindən etibarən "Akıncı" döyüş pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb, ilin sonuna qədər bir neçə belə təyyarəni Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyə hazırlaşır.
"Baykar Savunma" şirkətinin "Akıncı" pilotsuz təyyarəsinin MAM-T raketi ilə ilk döyüş atışı həyata keçirdiyinə dair yaydığı görüntülərin ardınca "ROKETSAN" şirkəti də animasiya yayıb. Həmin animasiyada "Akıncı" MAM-T raketi ilə Rusiyanın istehsalı olan "Pantsir" zenit-raket kompleksini necə məhv etdiyi əks olunur. Bu, MAM-T raketinin ilk nümayişidir.

Dərhal görmək mümkündür ki, bu animasiya bir neçə gün əvvəl Rusiyada "Lanset" adlı kamikadze-dronlar istehsal edən "Zara" şirkətinin yaydığı animasiyaya cavabdır. Rusiya şirkəti bəyan edirdi ki, onlar hava sahəsini "minalayan" və pilotsuz təyyarələrə qarşı effektli mübarizə aparmağa imkan verən "Lanset" kamikadze-dronlarını işləyib hazırlayıblar. Həmin dronların tanıdılması üçün hazırlanan animasiyada "Lanset" "Bayraktar TB2" pilotsuz döyüş təyyarəsini "vururdu". Bu animasiya Rusiyanın "Bayraktar"lara cavabı kimi qarşılanmışdı və xarici mediada geniş müzakirə edilmişdi.
İndi isə "ROKETSAN" öz animasiya filmi ilə tutarlı "cavab zərbəsi" endirir. Şirkətin işləyib hazırladığı MAM-T ağıllı raketi Rusiyanın məhz "Bayraktar"lara qarşı ən güclü müdafiə vasitəsi kimi tanıtmağa çalışdığı "Pantsir-1S" zenit kompleksini kifayət qədər uzaq məsafədən "məhv edir".
"Akıncı" Rusiya "Pantsir"ini 30 km məsafədən "darmadağın edir" - "ROKETSAN"dan "Zara"ya CAMəsələ bundadır ki, "ROKETSAN"ın müvafiq olaraq 8 kilometr və daha yuxarı mənzilli MAM-L və MAM-C raketləri "Bayraktar"ların döyüş arsenalını təşkil edir. "Bayraktar" hərəsindən iki ədəd olmaqla dörd belə raketlə silahlanıb və Qarabağ müharibəsinin təcrübəsindən də göründüyü kimi, Rusiyanın istehsalı olan aşağı mənzilli zenit-raket komplekslərinin əhatə dairəsinə daxil olmadan hədəfləri yüksək dəqiqliklə məhv edir. Lakin Qarabağ müharibəsinin ardınca Rusiya hərbi ekspertləri və mütəxəssisləri deyirdilər ki, əslində "Bayraktar"lar "Pantsir"lərdən yayına bilməz, çünki "Pantsir" 12-15 kilometr məsafədən hədəfi vura bilir. Baxmayaraq ki, həm Suriyada, həm Liviyada "Bayraktar"lar çoxsaylı "Pantsir"ləri məhv etmişdi.
"Akıncı" Rusiya "Pantsir"ini 30 km məsafədən "darmadağın edir" - "ROKETSAN"dan "Zara"ya CAİndi isə "Pantsir"lərin Türkiyə pilotsuz təyyarələrinə qarşı heç bir müqavimət imkanı qalmır. Çünki MAM-T qanadlı raketi 30 kilometr və daha yuxarı mənzillidir (atış hündürlüyündən asılı olaraq), yəni bu raketləri daşıyan "Akıncı" pilotsuz təyyarələri "Pantsir"lərin əhatə dairəsindən çox-çox uzaqlardan ona həmin raketlə dəqiq zərbə endirə bilər. Başqa sözlə, "ROKETSAN"ın yaydığı animasiya Türkiyə pilotsuz döyüş təyyarələrinin Rusiya zenit-raket sistemləri üçün hələ də əlçatan olmadığını nümayiş etdirir. Eyni zamanda "Akıncı" təkcə yerüstü hədəflərə dəqiq zərbələr endirməyə imkan verən MAM-L, MAM-C və MAM-T raketləri ilə deyil, həm də hava hədəflərini məhv etməyə imkan verən "Bozdogan" raketləri ilə silahlanacaq. Yəni potensial hava döyüşündə "Akıncı" həmin "Lanset"ləri də öz raketləri ilə məhv edə bilər.

(Virtualaz.org) /publika.az

Dünya       Tarix: 23 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun şou biznes xəbərləri ən son xəbərlər bugün axsam az xeberler