Albalının bilmədiyimiz faydaları

Albalının bilmədiyimiz faydalarıYayın ən çox istifadə olunan meyvələrindən biri də albalıdır. Xoş, turşməzə dadı ilə yadda qalan albalıdan daha çox mürəbbə, kompot hazırlanır. Albalı mürəbbəsi soyuqdəymənin, qripin təbii dərmanlarından sayılır. Amma albalının faydaları həddən artıq çoxdur. Türkiyədən olan qidalanma və diet mütəxəssisi Elif Gizem albalının bilinməyən faydalarını açıqlayıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, COVID-19 pandemiyası dövründə sağlamlığımızı qorumaq, immuniteti gücləndirmək üçün yeməli olduğumuz məhsullardan biri də antioksidantlarla zəngin olan albalıdır. Albalı kalium, lif, C vitamini, melatoninlə zəngin bir meyvədir. 100 qram, 20 ədər orta boy albalı 1 porsiya meyvəni əvəz edir, cəmi 60 kaloriisi var. Albalı turş bir meyvə olduğundan, boş mədəyə yedikdə yanmaya səbəb ola bilər. Bu səbəbdən yeməkdən sonra qəbul etmək daha yaxşıdır.
Şəkərli diabeti olanlar gündəlik qidalarına 20 albalı əlavə etdikdə çox böyük faydasını görəcəklər. Albalı mədəaltı vəzinin insulin istehsalını artıraraq qanda şəkərin azalmasına kömək edə bilər. Albalı sayəsində qanda  şəkəri normal səviyyədə saxlamaq daha asan olur və diabetin mənfi təsiri aradan qalxır.
Yuxunu tənzimləyir.  Yatmaq vaxtı gəldikdə beyinə siqnal göndərən bir hormon olan melatoninin səviyyəsi yaşla azalmağa başlayır. Buna görə də, yaşlandıqca yuxusuzluq riski artır. Covid-19 pandemiyası ilə əlaqədar yaşadığımız stres yuxusuzluğu da artırır. Tədqiqatlara görə, albalı melatonin hormonu ifraz edir və albalı yeməklə yuxunu tənzimləmək mümkündür. Yuxusuzluq problemi olanlar yatmazdan 2 saat əvvəl 20 ədəd albalı yeyə bilərlər.
İmmun sistemi üçün çox vacibdir. Mükəmməl bir immun sisitemi üçün yetərincə antioksidant qəbulu çöx önəmlidir. Albalının tərkibində aparıcı antioksidant maddələrdən biri olan C vitamini çoxdur. 200 qram albalı (2 porsiya meyvə) gündəlik C vitamini ehtiyacımızın 40 faizini ödəyə bilər.
Ürək sağlamlığını qorumağa kömək edir. Yaşlanmaqla bağlı orqanlarımızın oksigen istifadə etmək qabiliyyəti azalır. Bu, damar sağlamlığımızın pisləşməsinə səbəb olur. Polifenollarla ən zəngin meyvələrindən biri olan albalı, ürək-damar xəstəlikləri kimi yaşa bağlı sağlamlıq problemlərinin başlamasını gecikdirməyə və ya inkişafını ləngitməyə təsir edir.
Yaddaşı gücləndirir. Gündəlik 1 stəkan albalı suyunun müntəzəm qəbulu tərkibindəki antosiyaninlər sayəsində yüngül və orta dərəcədə yaddaşsızlığı olan yaşlılarda düşünmə, hiss etmə, öyrənmə, xatırlama, qərar qəbul etmə və problem həlli kimi yaddaş və zehni prosesləri gücləndirə bilir. Unutqanlığın həm profilaktikasında, həm də müalicəsində təsirli olmaq üçün günorta yeməyində evdə hazırlanan bir stəkan şəkərsiz albalı suyu içməyi vərdiş halına gətirmək faydalıdır.
Xərçəng düşməni sayılır. Araşdırmalara görə, alablıya gözəl, parlaq qırmızı rəng verən antosianin xərçəngə səbəb olan hüceyrələrin böyüməsini yavaşladır, xərçəng hüceyrələrinin daha sürətli ölməsinə səbəb olur. Albalı, tərkibində yüksək melatonin olması səbəbindən bədəndə estrogen hormonunu tənzimləyərək döş xərçəngi riskini azaltmağa kömək edə bilir. Amma bununla yanaşı "albalı xərçəngdən qoruyur", deyə bilmək üçün daha çox araşdırmanın aparılmasına ehtiyac var.
Oynaqlarda yaranan ağrıları aradan qaldırır. Məsələn, oynaqlarda ağrı, şişkinliklə müşahidə olunan podaqra xəstəliyi zamanı faydalı sayılır. Podoqra xəstəliyi orqanizmdə sidik turşusunun yüksəlməsi ilə xarakterizə olunur. Albalının tərkibində olan antioksidantlar bədəndə sidik turşusu səviyyəsini aşağı salmaqla iltihabı azaltmağa kömək edir və ağrıları aradan qalıdırır. Gündə 1 ovuc albalı yemək və ya gündə 1 stəkan albalı suyu içmək ağrıları aradan qaldırmağa kömək edə bilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 iqtisadiyyat xeberleri bugun son xəbərlər azərbaycanda meherremlik 2026