Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQYay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır.
Bəs bu iddia nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Endokrinoloji və Metabolik xəstəlikləri mütəxəssisi Fərid Bayramov bildirib ki, şirin meyvələrin diabet yaratması ilə bağlı düşüncə el arasında formalaşmış yanlış təsəvvürdür.
Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQOnun sözlərinə görə, meyvə qəbulunun birbaşa şəkər xəstəliyinin yaranmasına səbəb olması elmi cəhətdən təsdiqlənməyib:
"Bu, cəmiyyətdə geniş yayılmış miflərdən biridir və gerçəkliklə əlaqəsi yoxdur. Meyvələrin tərkibində təbii şəkər olsa da, eyni zamanda lif, vitamin, mineral və antioksidantlar da mövcuddur. Bu səbəbdən onların normal miqdarda qəbulu sağlam qidalanmanın vacib hissəsi hesab olunur".
Diabetin yaranmasında əsas rol oynayan amillər irsi meyillilik, artıq çəki, fiziki passivlik və qeyri-sağlam həyat tərzidir. Təkcə meyvə istehlakı ilə şəkər xəstəliyinin yaranması arasında birbaşa əlaqə yoxdur".
F.Bayramov vurğulayıb ki, hər bir qida məhsulunda olduğu kimi, meyvələrin də həddindən artıq qəbulu tövsiyə edilmir. Lakin bu, onların diabet yaratdığı anlamına gəlmir:
"Meyvələr balanslı qidalanmanın vacib tərkib hissəsidir. Sadəcə porsiya ölçüsünə diqqət yetirmək və qidalanmada ümumi tarazlığı qorumaq lazımdır.
Yay meyvələrindən imtina etmək əvəzinə, onları düzgün və ölçülü şəkildə rasiona daxil etmək daha məqsədəuyğundur. Bu məhsullar həm orqanizmin vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də ümumi sağlamlığın qorunmasına töhfə verir".
Mütəxəssisin sözlərinə görə, problem meyvələrin özündən deyil, ümumi qidalanma və həyat tərzindən qaynaqlanır. Risk aşağıdakı hallarda arta bilər:
* Meyvələrin çox böyük porsiyalarla yeyilməsi;
* Gün ərzində ümumi kalori qəbulunun normadan artıq olması;
* Artıq çəki və piylənmə;
* Fiziki aktivliyin az olması;
* İnsulin müqaviməti və ya prediabet vəziyyətinin mövcudluğu.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 15 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali


azerbaycan xeberleri yeni xeberler son xeberler ensonxeberler cəbhədən video xəbərlər.com bugunun xeberleri