Albaniyalı politoloq: "Baydenin "erməni soyqırımı" ifadəsini istifadə etməsi dəhşətlidir
Albaniyalı politoloq: "Baydenin "erməni soyqırımı" ifadəsini istifadə etməsi dəhşətlidir"
"ABŞ Prezidenti Co Baydenin açıqlamasında 1915-ci il hadisələri ilə əlaqəli "erməni soyqırımı" ifadəsini istifadə etməsi dəhşətlidir. Hazırda vəziyyətin bundan sonra necə inkişaf edəcəyinə dair heç bir fikrim yoxdur".
Albaniyalı tarixçi, politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis Oli Yazeci bu barədə Caliber.Az-a danışıb.
Onun sözlərinə görə, Amerika prezidentinin bu açıqlaması absurddur, ancaq Co Bayden administrasiyasının Türkiyə ilə münasibətləri gərginləşdirməyə getdiyi görünür.
- Eyni zamanda, Türkiyə NATO üzvüdür, Şimali Atlantika İttifaqı üçün vacib bir ölkədir. Vaşinqtonda bu barədə düşünmədilərmi?
- Amerikada Qarabağda Azərbaycanın Ermənistan üzərində qazandığı qələbəyə görə üzülürlər. Türkiyə isə siyasi olaraq Azərbaycanı dəstəkləyirdi. Bu, ümumiyyətlə, uzun illər ərzində türk, hətta müsəlman dünyasının ilk zəfəri idi.
Eyni zamanda, ABŞ-dakı erməni lobbisinin Co Bayden administrasiyasına əlavə təzyiq yaradan təsirindən də xəbərdarıq. Onlar istəyir ki, Vaşinqton artıq Ankaraya təzyiq göstərsin. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar