Alek Bolduin operatorunu güllələdiyi filmin çəkiliş qrupunu məhkəməyə verib
Alek Bolduin operatorunu güllələdiyi filmin çəkiliş qrupunu məhkəməyə verib
Amerikalı aktyor Alek Bolduin "Pas" ("Rust") filminin çəkiliş qrupunun üzvlərini məhkəməyə verib.
Bolduin bu filmin çəkilişləri zamanı təsadüfən operator Qalina Hatçinsi güllələyib.
Bolduin öz bəyanatında çəkiliş meydançasında silahlar üzrə məsul olan Hanna Qutyeres-Rid, rekvizitor Sara Zakri, çəkiliş üçün silah və sursat tədarük edən Set Kenni və rejissor assistenti Devid Holsun adını qeyd edib. Məhz o, həmin gün silahı Bolduinə verib və silahın təhlükəsiz olduğuna əmin edib.
Bundan əvvəl aktyor həmçinin filmin prodüserlərinə qarşı da arbitraj iddiası qaldırıb. Aktyor odlu silahların təhlükəsizliyinə görə məsuliyyətin öz üzərində olmadığını əsas gətirib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında "Rust" filminin çəkiliş meydançasında məşq zamanı filmin həm də prodüseri olan Bolduin həqiqi döyüş patronları ilə doldurulmuş silahdan atəş açıb. O, silahın boş patronlarla dolu olduğunu zənn edib. Nəticədə operator Qalina Hatçins və rejissor Coel Souza xəsarət alıblar. Rejissor bir neçə saatdan sonra xəstəxanadan buraxılsa da, operatorun həyatını xilas etmək mümkün olmayıb. Filmin çəkilişləri dayandırılıb.
Mənbə: The New York Times / oxu.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Naxçıvanda avtomobil piyadanı vurdu