Aleksandr Sıtin: "Ermənilər mifsiz və ah-naləsiz yaşaya bilmirlər
Aleksandr Sıtin: "Ermənilər mifsiz və ah-naləsiz yaşaya bilmirlər"
Azərbaycanın işğal olunmuş ərazilərində müharibə, demək olar ki, ay yarımdır davam edir. Ermənistanın böyük hərbi itkiləri var. Ancaq İrəvanın hələlik hərbi-siyasi tənzimləməyə razı olmaq və qoşunların geri çəkilməsi üçün cədvəl təqdim etmək istəyi yoxdur.
Şimali və Şərqi Avropa Ölkələri Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmlər doktoru Aleksandr Sıtin Media.Az-a verdiyi açıqlamada bununla bağlı şərh verib.
O, ilk olaraq müharibə ilə bağlı heç bir siyasi həll olmayacağını və Ermənistanın sona qədər öz dediyində duracağını deyib. Ekspert, həmçinin, erməni diasporunun İrəvanı maliyyə ilə fəal şəkildə dəstəklədiyini də vurğulayıb:
"Aydındır ki, belə bir dəstək olmasaydı, Ermənistan, sadəcə, döyüşə bilməzdi", - deyə o qeyd edib.
Qarabağa gəlincə, müsahib bu ərazinin onların əsas milli identifikasiya və mifologiyasının (hansı ki, elə erməni xalqının əsasını təşkil edir) tərkib hissəsi olduğunu deyib.
"Qarabağın Azərbaycanın tərkibinə qaytarılması 100 ildən çoxdur ki, 1915-ci il hadisələri ilə əlaqədar davam edən ah-zarlarının eynisinə səbəb olacaq. Bütün bunlar "soyqırımı" (dirnaq işarəsi bizimdir - red.) hekayəsindəki kimi anında miflərə bürünəcək. Onlar bunsuz yaşaya bilməzlər", - deyə Aleksandr Sıtin vurğulayıb. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."