Alen Delonun evindən 72 ədəd odlu silah tapıldı
Fransa polisi əfsanəvi kinoaktyor Alen Delonun evindən 72 ədəd odlu silah və 3000-dən çox patron müsadirə edib.
KONKRET.az Britaniya mediasına istinadən xəbər verir ki, aktyorun Parisdən təxminən 135 km (84 mil) cənubda yerləşən Duşi-Monkorbondakı evində atış tiri də aşkarlanıb.
Qeyd edək ki, 2019-cu ildə insult keçirmiş və digər ciddi xəstəliklərdən əziyyət çəkən aktyorun səhhəti kəskin şəkildə pisləşib.
Son illərdə aktyor ailə qalmaqalları ilə gündəmə gəlib. Onun 3 övladı təhqirlər, ittihamlar, məhkəmə çəkişmələri və gizli səsyazmalar səbəbindən Fransa kütləvi informasiya vasitələrinin manşetinə çevriliblər.
Övladlarının son hüquqi mübahisələri atalarının müalicəsi ilə əlaqədar olub. Ötən ay məhkəmənin təyin etdiyi həkim onu müayinə edib. Lakin müayinənin nəticələri dərhal övladları tərəfindən mübahisələndirilib.
Delonun həyatı ilə bağlı narahatlıq isə ilk dəfə keçən il, övladlarının onun keçmiş köməkçisi Hiromi Rollinə qarşı iddia qaldırdıqları zaman yaranıb. Onlar iddia edirlər ki, filmlərin istehsalı üzrə yapon assistenti atalarının "mənəvi təqibi" ilə məşğuldur. Amma assistentin vəkili bütün ittihamları rədd edib.
2019-cu ildə Kann Film Festivalında fəxri "Qızıl Palma budağı" alandan və aktyor dostu, həmkarı Jan Pol Belmondonun Parisdəki dəfn mərasimində iştirakdan sonra Alen Delon ictimaiyyət arasında görünməyib.
Xatirə SADİQ,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi