Ali təhsil müəssisələri arasında "Zəfər" şahmat turniri keçirilib - FOTOLAR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında "Zəfər" şahmat turniri keçirilib.
azxeber.com xəbər verir ki, turnirin məqsədi tələbə idman hərəkatını gücləndirmək, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, gənclərdə strateji düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.
Bakı İdman Sarayında keçirilən tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AHİK-nin sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
Sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları turnirin qaydaları ilə tanış edib və yarışa start verilib.
Yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak edib. Turnir Rapid şahmat qaydalarına əsasən, İsveçrə sistemi üzrə 7 turda keçirilib.
Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutub. Kişilər arasında isə I yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı Dövlət Universitetinin komandaları qazanıb.
Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib.









Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Salyandakı qəzada ölənlərin FOTOLARI
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?