Aliment dedikdə bu məsələ ilk ata məsuliyyətsizliyi, tənha ana anlayışı kimi təqdim edilir

Aliment dedikdə bu məsələ ilk ata məsuliyyətsizliyi, tənha ana anlayışı kimi təqdim edilir"Ailələrin qiymətləndirilməsi zamanı məlum olub ki, valideynlərin yüksək faizi uşaqların ehtiyaclarını, uşaq inkişafı və valideynlik bacarıqlarını başa düşmür" bu fikirləri Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı bildirib.
azxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması hər iki  valideynin  öhdəliyidir. Aliment həm valideynlər arasında bağlanan saziş həmçinin məhkəmə qətnaməsi əsasında ödənilir. Ər, arvad arasında bağlanmış  nikahın pozulub pozulmaması alimentin ödənilməsinə heç bir təsir etmir, hər iki halda himayəsində uşaq saxlanılan valideyn qarşı tərəfdən aliment tələb etmək hüququna malikdir. Ər arvad arasında alimentin ödənilməsinə dair saziş olmadıqda məhkəmə alimentin məbləğin iki formada müəyyən edə bilər, hər uşağa görə sabit pul məbləğində və ya aliment ödəyənin qazanc və gəlirlərinin müəyyən edilmiş hissəsində tutulur. 
Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Aliment aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir.
Göründüyü kimi ailə münasibətləri pozulan zaman alimentin ödənilməsi barədə saziş mülki-hüquqi müqavilələrin növlərindən biridir. Belə saziş ümumi və xüsusi qanunvericiliyin qaydalarına muvafiq surətdə mülki və ailə qanunvericiliyinin normaları ilə tənzimlənir.
Təəssüflə qeyd etməliyik ki, cəmiyyətdə bu gün öz valideynlik öhdəliyini tam anlamayan insanların sayı çoxalır. Mən çox rast gəlirəm ki, aliment dedikdə bu məsələ ilk ata məsuliyyətsizliyi, tənha ana anlayışı kimi təqdim edilir, amma nəzərə almalıyıq ki, aliment kişinin qadına deyil də, bir şəxsin digər şəxsə verməli olduğu vəsaitdir.
3 ildən çoxdur ki, təşkilat olaraq ailələrə müxtəlif sosial xidmətlər göstəririk, demək olar ki, yüzlərlə ailə münasibətləri pozulmuş insanlarla işləmişəm. Bu təcrübə nəticəsində ailələrdə nə dərəcədə ciddi aliment problem olduğunu görmüşəm. Ailələrin qiymətləndirilməsi zamanı məlum olub ki, valideynlərin yüksək faizi uşaqların ehtiyaclarını, uşaq inkişafı və valideynlik bacarıqlarını başa düşmür və bu da onların öhdəliklərini yerinə yetirməkdə ciddi problemlər ortaya qoyur.
Burda təkcə ata məsuliyyətsizliyindən danışmaq məncə yalnışdır. Mən təcrübəmə əsasən onu deyə bilərəm ki, ailə münasibətləri təkcə ataların məsuliyyətsizliyindən pozulmur, amma niyəsə hər zaman aliment ataya qarşı təyin edilir. Bu da cəmiyyətdə kişilərin qadınlara qarşı aqressivləşməsinə və alimentin ödənilməsində çətinliklərin yaranmasına səbəb olur.
Bu gün Aliment Fondunun yaradılması günümüzün ən aktual mövzusudur. Hesab edirəm ki, Fondun yaradılması mühüm amildir, belə ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi aliment dövlət tərəfindən  ödənilərsə, bu uşağın ehtiyaclarını vaxtında qarşılamaq imkanı verəcək, amma ödənilən bu məbləğ sonradan borcludan məcburi qaydada alınmasa bu həm dövlət büdcəsinə, həm də Fondun fəaliyyətinə ciddi sıxıntı yarada bilər. Hesab edirəm ki, bu Fond yaradılarsa, mütləq koordinasiyalı mexanizm əsasında nəzarət komissiyası da yaradılmalıdır. Ailələr sosial işçilər tərəfindən qiymətləndirilməlidir. Eyni zamanda borclunun Fonda borcunu ödəməsi üçün məşğulluğu təmin edilməlidir.Bu eyni zamanda valideynlərin məsuliyyətini artıracaq, gələcəkdə ailə problemlərinin azalmasına dəstək olacaq.
Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.

Sosial       Tarix: 22 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün enson xeberler son xəbər azerbaycan son xeber bugun