Aliment Fondunun yaradılması işində hər kəsi bir olmağa, birgə fəaliyyət göstərməyə dəvət edirəm

Aliment Fondunun yaradılması işində hər kəsi bir olmağa, birgə fəaliyyət göstərməyə dəvət edirəm"Aliment Fondunun yaradılması işində hər kəsi bir olmağa, birgə fəaliyyət göstərməyə dəvət edirəm"
"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri ,Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva Azxəbər.com-a açıqlamasında bildirki ki, təəssüflər olsun ki, son illərdə ölkəmizdə boşanma hallarının dinamikası yüksələn istiqamətdə və  bizim görmək istəmədiyimiz formadadır.
Təkcə ötən ilə nəzər salsaq görərik ki, 2021-ci ildə Azərbaycanda 17 mindən çox boşanma halı qeydə alınıb. Əslində bu həyəcan təbili üçün ciddi bir xəbərdarlıq deməkdir. Nəzərə alsaq ki, boşanan 17 min cütlüyün müəyyən bir hissəsinin övladları var, burada narahatlıqlar ikiqat artmalıdır.
Hər zaman bizim gələcəyimiz dediyimiz uşaqların belə bir şəraitdə hansı vəziyyətə düşməsini hiss etmək o qədər çətin deyil. Əfsuslar olsun ki, ayrılan tərəflərin heç də hamısı bir-birləri ilə anlayışlı, razılıqlı şəkildə ayrılmırlar. İstər gündəlik həyatımızda, istərsə də tv, radio, KİV-lərdə, sosial şəbəkələrdə mütəmadi ayrılan tərəflər arasında yaranan gərginlik, xoşagəlməz hadisələrini eşidir, görürük. Belə hallarda uşaqlar daha çox travma alırlar, mənəvi, psixoloji olaraq sarsılırlar.
Bir psixoloq kimi bildirməliyəm ki, boşandıqdan sonra ata himayəsindən məhrum olan, o cümlədən övladının tələbatlarını təmin etmək üçün çalışan anaların fonunda onların övladlarının hansı çətinlik və narahatlıqlar yaşadığının bəzən fərqinə varmırıq. Xüsusilə erkən yaşlarla müqayisədə böyüdükcə həmin uşaqlar daha çox ata və ana qayğısından məhrum olduqları üçün cəmiyyətdə dəyərsiz, kimsəsiz, əzilmiş kimi hiss edirlər. Yaşıdlarının həyat tərzi, onların tam ailə tablosunu gördükdə, ata və ana nəvazişini hiss etdikdə, özlərində bu hissləri yaşaya bilmədikləri üçün məhz uşaq vaxtından psixoloji travma ilə üzləşirlər və bu fəsadlar həyatlarının sonrakı mərhələlərində müxtəlif formalarda üzə çıxır.
Qeyd etdiyim kimi, bugün övladını tək böyüdən, onlar üçün bir və ya bir neçə işdə çalışan anaların sayı yetərincədir. Əlbəttə ki, burada qəbahət bir şey yoxdur, əksinə övladı üçün özünü fəda edən qadınların olması təqdirəlayiqdir.  Onlar övladlarının maddi çətinlik yaşamamağı üçün çalışır, əziyyət çəkirlər, lakin mənəvi olaraq yetərincə diqqət ayıra bilmirlər. Öncədə bildirdiyim kimi yetərincə olmayan qayğısızlıq, diqqətsizlik nəticəsində həmin uşaqların psixologiyasına birbaşa və ya dolayı formada təsirini göstərməyə başlayır.
Apardığımız müşahidələr və bizə bu istiqamətdə edilən müraciətlər göstərir ki, həmin uşaqlarda bir qayda olaraq aqressiya, stresə meyillilik, asosiallıq, özünütəcrid etmə, özgüvən yetərsizliyi, natamamlıq kompleksi, depressiv hallar və digər psixoloji narahatlıqlar üzə çıxır.
Bəzən valideynlər bu diqqətsizliyi, övladları üçün yetərincə vaxt ayırmamalarını çalışmaqları ilə əlaqələndirirlər. 
Aliment fondunun yaradılması təşəbbüsü həqiqətən təqdirəlayiq bir təşəbbüsdür. Bununla əlaqədar müxtəlif dönəmlərdə cəmiyyətdə fikirlər, təkliflər irəli sürülüb, lakin ilk dəfə belə genişmiqyaslı təşəbbüslə çıxış edilir. Aliment fondunun yaradılması gündəlik həyatımızda eşitdiyimiz bir sıra xoşagəlməz halların, narazılıqların azalmasına gətirib çıxaracaqdır. Bu mexanizmin effektiv çalışması, qısa zamanda daha geniş ərazidə təbliği üçün hüquq-mühafizə orqanları, aidiyatı qurumlarla yanaşı, vətəndaş cəmiyyətləri, müxtəlif özəl və dövlət qurumları, cəmiyyətin hər bir üzvü aktiv şəkildə öz dəstəyini göstərməlidir.
Beynəlxalq təcrübədə də bu fondların əsas iş prinsipi boşanan və imkanları məhdud olan şəxslərə dövlət tərəfindən, o cümlədən müxtəlif ianələr vasitəsilə onların bir sıra maddi xərclərini təmin etmək, sosial yükünün azaldılmasına kömək etməkdən ibarətdir. Məhz ölkəmizdə də beynəlxalq təcrübədən yararlanaraq həmin şəxslərin sosial yükünü azaltmaq, övladları üçün təhsil, yaşayış xərclərini qarşılamaqla onlara dəstək olmaq olar. Bu dəstəyi hiss edən uşaqlar sözsüz ki, daha özgüvənli olacaq, cəmiyyətin, dövlətin onların yanında olduğunu hiss edəcəkdir.
Boşanan cütlüklər arasında tez-tez, demək olar ki, hər gün eşidib gördüyümüz xoşagəlməz hallardan biri də alimentlərin zamanında və ya ümumiyyətlə ödənilməməsidir. Bəzən alimentin ödənilməməsi nəticəsində ortaya çıxan münaqişələr tərəflər arasında daha böyük faciələrə gətirib çıxarır, sonu görmək istəmədiyimiz hallarla nəticələnir.
Məhz bu fondun yaradılması ilə həm də məhkəmənin verdiyi müvafiq qərarları icra etməyən, aliment verməkdən yayınan şəxslərin vaxtında alimentləri verməsinə təşviq edəcəkdir. Təbii ki, ilk başda müəyyən çətinliklərin, narazıçılıqların olması gözləniləndir. Lakin bu kimi hallarla mübarizə apararaq, məhkəmənin verdiyi müvafiq qərarı icra etdirməklə həm ortada olan narazılıqlar aradan qalxacaq, həm də aliment verməkdən boyun qaçırmaq istəyən şəxslər üçün də xəbərdarlıq həyəcanı olacaqdır.
Sonda bir daha bu fondun yaradılması təşəbbüsünü dəstəklədiyimi bildirir və bu məsuliyyətli işdə hər kəsi bir olmağa, birgə fəaliyyət göstərməyə dəvət edirəm.
Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.

Sosial     Baxılıb: 375   Tarix: 17 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslərə qapı açmayın - Qohum olsa belə

Evin qapısı açıq ola bilər, amma ruhun sərhədləri hər kəs üçün deyil. Yaxın bir insanı gözləmək çox vaxt demək olar ki, fiziki səviyyədə hiss olunan sevinc gətirir. Qapı arxasında addım səsləri ürəyin döyüntüsünü sürətləndirir

"YouTube"dan yenilik

"Google" "YouTube" platformasında video məzmunu axtaran və təhlil edən çat "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.  "Engadget"ə istinadən xəbər verir ki, yen

WhatsApp'da nömrəni gizlətmək mümkün oldu

"WhatsApp" tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub.  xəbər verir ki, son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefo

​"WhatsApp" ödənişli oldu - Məbləğ

"WhatsApp" istifadəçilər üçün yeni ödənişli funksiyanı istifadəyə verib. xəbər verir ki, Meta şirkəti "WhatsApp Plus" adlı abunə paketini test etməyə başlayıb. Məlumata görə, bu paket istifadəçilərə əlav

Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? - MÜHÜM AÇIQLAMALAR

Azərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağl

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Göygöldə toyda iki qardaş bıçaqlanıb. APA-ya istimadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanm

Mopedlə avtomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Məlumata görə, hadisə zamanı "Chevrolet"

İranda dollar tarixi rekorda imza atdı

İranın azad bazarında 1 dollar 171 min tümənə qalxıb. xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında 1 ABŞ dolları 171.00 tümənə satılıb ki, bu da tarixi rekorddur

Tovuzda avtomobil divara çırpıldı: Xəsarət alanlar var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markal


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeberler sonxeberler xeberler ən son xeberler