Alimlər bu mifi də TƏKZİB ETDİLƏR
İnsanlar çoxlu su içməyin arıqlamağa kömək etdiyinə inanırlar. Suyun kalori yandırdığı və iştahı azaltdığı deyilir.
KONKRET.az xəbər verir ki, Aston Universitetinin mütəxəssisləri bu mifi təkzib ediblər. Bu barədə "The Conversation" portalı məlumat yayıb.
"14 nəfərin iştirak etdiyi kiçik bir araşdırma 500 ml su içməyin istirahət zamanı enerji xərclərini təxminən 24% artırdığını göstərdi. Bu, cazibədar görünə bilər, amma təsir yalnız bir saat davam edir.
Buna görə də, çəkisi 70 kq olan bir yetkinə itirilmiş kaloriləri bərpa etmək üçün yalnız 20 əlavə kalori – bir peçenyenin dörddə biri lazımdır" – deyə alimlər qeyd ediblər.
Başqa bir araşdırma yalnız su soyuq olduqda enerji xərclərinin 4% artdığını göstərib. Beləliklə, mütəxəssislərin fikrincə, yandırılan kalorilərdə faktiki xalis artım cüzidir.
"Başqa bir araşdırma göstərib ki, orta yaşlı və yaşlı insanlar yeməkdən əvvəl su içdikdə, 12 həftə ərzində 2 kq arıqlayıblar. Amma ona görə ki, iştirakçılar suyu niyə içdiklərini başa düşüblər. Bu, onları məqsədyönlü şəkildə yedikləri yeməyin miqdarını azaltmağa sövq etmiş ola bilər. Ancaq bu nəticə, təsirin gənclərdə niyə görünmədiyini izah etmir. Buna görə də gələcək tədqiqatlar üçün bu aspektə diqqət yetirmək vacib olacaq", – deyə ekspertlər iddia edirlər.
Alimlərin fikrincə, arıqlamaq üçün çox su içmək kifayət deyil. Su maye olduğundan, mədədən tez xaric olur. Buna görə də məşhur inancın əksinə olaraq, su mədəni doldurmur və ya doydurmur.//GUndəm.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı