Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ
Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb.
Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?
KONKRET.azxəbər verir ki, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmadığı bildirilib.
"Bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.
Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.
Profilaktik məqsədlə əhaliyə bir sıra sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur: yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək, gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək, gəmiricilərlə birbaşa təmasdan çəkinmək.
Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".
Kurslar.az kurslar [newsid: 0-123300]

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Serdar Ortaç vəsiyyətini açıqladı
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
"Mahiri komandanın lideri olacağına inandırıblar" - Ayxan Abbasov
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü
Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı