Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə gedib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb.
Bu barədə KONKRET.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində "İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.
Konfransın mövzuları İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı, İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu təhsildə, mədəniyyətdə, ideologiyada və iqtisadiyyatda əməkdaşlıq, qarşılıqlı fəaliyyət və faydalanma üzərində qurulan mədəni, humanitar müstəvidə İslam vəhdəti ideyalarının yeni səviyyəyə yüksəldilməsini əhatə edir.
QMİ sədri mötəbər beynəlxalq konfransın "Vahid ümmət və müxtəlif əqidə məzhəbləri" mövzulu plenar iclasında çıxış edəcəkdir. Səfər müddətində BƏƏ rəhbərliyi və konfransın tanınmış, nüfuzlu iştirakçıları ilə görüşlər nəzərdə tutulur.

13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Bakı neftinin qiyməti 82 dolları ötdü
Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu