Alman deputatdan Angela Merkellə bağlı ŞOK AÇIQLAMA
Almaniya parlamentində Rusiya-Ukrayna savaşında əsas günahkarlardan birinin adı çəkilib.
KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, Bundestaqın Müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann Almaniyanın keçmiş kansleri Angela Merkelin qəbul etdiyi qərarları tənqid edib. Onun fikrincə, məhz Merkelin siyasəti Federasiyanın Ukraynaya genişmiqyaslı hücumunu mümkün edib.
Ştrak-Zimmermann bu fikri Almaniyanın RTL və n-tv telekanallarına müsahibəsində də səsləndirib. Alman deputat hələ 2008-ci ildə NATO-da Ukraynanın təşkilata tez bir zamanda qəbul edilməsinin çoxlu tərəfdarları olduğunu xatırladıb. Lakin Almaniya və Fransa Rusiyanın mövqeyinə görə buna qarşı çıxıblar.
Siyasətçinin fikrincə, ukraynalıların NATO-ya qoşulmaması o zaman Fransa və Angela Merkelin böyük səhvi idi.
Ştrak-Zimmermann hesab edir ki, Rusiyanın genişmiqyaslı hücumundan sonra Almaniya Ukraynanın tərəfini tutmalı və onu silahla dəstəkləməli idi. Ancaq "Angela Merkelin tarixini, xüsusən də onun hakimiyyətinin son illərini yenidən yazmaq və səhv hesablamaları tamamlamaq" lazım olacaq.
Münaqişənin perspektivlərini şərh edən Bundestaqın Müdafiə komitəsinin rəhbəri savaşın Birinci və ya İkinci Dünya müharibələri qədər davam etməsi ehtimalının az olduğunu söyləyib. Alman deputata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın geniş və davamlı dəstək almayacağına ümid bəsləyir.//Musavat.com
Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir