Alman siyasətçi küçənin ortasında bıçaqlandı
İfrat sağçı siyasətçi Mixael Stürzenberger Almaniyada bıçaqlı hücum nəticəsində yaralanıb.
KONKRET.azxəbər verir ki, hadisədə bir polis məmuru da yaralanıb. Polis hücumçunu vurmağı bacarıb.
2013-2016-cı illər arasında Almaniya Azadlıq Partiyasının (AfD) lideri olan Stürzenberger və Bürgerbewegung Pax Europa (BPE) hərəkatının bəzi şəxsləri bu gün Mannhaym şəhərində etiraz aksiyası təşkil ediblər. Aksiya zamanı bıçaqlı hücumçu Ştürzenberqerə və BPE hərəkatının bəzi üzvlərinə hücum edib.
Sosial mediada yayılan görüntülərdə təcavüzkarın polis məmurunun boynuna bıçaq zərbəsi endirərkən vurulduğu görülüb.
Mannhaym polisi hadisə ilə bağlı açıqlamasında belə deyib: "Bu gün saat 11.35 radələrində bazar meydanında çoxlu insan hücuma məruz qalıb. Xəsarətlərin miqyası və şiddəti barədə hələlik məlumat yoxdur. Daha sonra hücumçuya qarşı odlu silahdan istifadə edilib. Nəticədə hücum edən şəxs də yaralanıb. Hadisə yerinə xilasetmə və fövqəladə hallar xidmətlərindən əlavə, xilasedici helikopter də cəlb edilib. İctimaiyyət üçün heç bir təhlükə yoxdur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi