Alman zabitlərinin gizli səsyazısı Putinin əlinə necə keçib? – Beynəlxalq qalmaqal

Alman zabitlərinin gizli səsyazısı Putinin əlinə necə keçib? – Beynəlxalq qalmaqalAlmaniya Müdafiə Nazirliyi yüksək rütbəli alman zabitlərinin "Taurus" uzaqmənzilli qanadlı raketlərin Ukraynaya tədarükünün perspektivlərinin müzakirə etdiyi audioyazının doğruluğunu təsdiqləyib.
KONKRET.az Rusiya mediasına istinadən bildirir ki, alman hərçilərinin söhbəti zamanı Krım körpüsünün partladılması ehtimalından da danışılıb.
Almaniya kansleri Olaf Şolts həssas məlumatın sızdırılmasını "çox ciddi problem" adlandırıb və məsələnin "çox diqqətlə, çox intensiv və çox tez" araşdıracağına söz verib.
Bazar günü axşam saatlarında Almaniyanın müdafiə naziri Boris Pistorius insidenti "Putinin informasiya müharibəsinin bir hissəsi" adlandırıb və qeyd edib ki, hərbçilər "müxtəlif ssenariləri müzakirə ediblər" və onların sözləri raketlərin Ukraynaya tədarükünə "yaşıl işıq" yandırılması demək deyil.
Federal Hərbi Əks-Kəşfiyyat İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb. Alman mətbuatının məlumatına görə, yoxlama təkcə Hərbi Hava Qüvvələrində deyil, bütün Müdafiə Nazirliyində, eləcə də Almaniya Federativ Respublikasının digər hüquq-mühafizə orqanlarında aparılacaq. Alman hərbi əks-kəşfiyyatı ehtiyatlanır ki, Rusiya almanların kəşfiyyat xidmətlərini də dinləyə bilər.
Bundan əlavə, Bundestaq insidentin araşdırılması üçün xüsusi komitənin yaradılmasını tələb edir. Almaniyanın yüksək rütbəli hərbçiləri arasında son dərəcə həssas məsələlərlə bağlı söhbətin Rusiya tərəfindən dinlənildiyi deputatları narahat edib.
Alman mətbuatının yazdığına görə, həmin söhbət zamanı Almaniya Hərbi Hava Qüvvələrinin zabitləri qapalı rabitədən deyil, Cisco WebEx konfrans zəngləri üçün nəzərdə tutulmuş kommersiya platformasından istifadə ediblər. Eyni zamanda, söhbətdə iştirak edənlərdən biri müzakirələrə Sinqapurdan adi mobil telefon vasitəsilə qatılıb.
Rusiya hakimiyyəti artıq Almaniyadan izahat tələb edib. Moskva hesab edir ki, bundesver zabitlərinin söhbətinin mahiyyəti Kansler Şoltsun Almaniyanın münaqişədə fundamental iştirak etməməsi ilə bağlı bəyanatlarını tamamilə təkzib edir.
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın bu ölkədəki səfiri Aleksandr fon Lambsdorfu "xalça üzərinə" çağırmağı planlaşdırır.
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 04 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler ən son xəbər valyuta mezenesi en son xeberler bu gun