Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyadan güzəştli qiymətlərlə neft alır, digər tərəfdən isə Ukraynanı silahlandıran Avropa ölkələrinə sursat satışını təxminən 18 dəfə artırıb. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Hindistan istehsalçıları Avropa ölkələrinə ən azı 872 milyon dollar dəyərində sursat və hərbi təyinatlı materiallar ixrac ediblər. Bu məhsullar arasında artilleriya mərmiləri, minaatan sursatları, raket yanacağı və partlayıcı maddələr var.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
"Avropa ölkələrinin hərbi istehsalı Ukraynanın silah ehtiyacını ödəmir. Avropa bundan çıxış yolunu başqa dövlətlərdən hərbi texnikanı alıb Ukraynaya göndərməkdə görür. Misal üçün Donald Tramp prezident seçildikdən sonra ABŞ Ukraynaya havayı silah və hərbi texnika göndərmir. Bunun əvəzinə Avropa həmin hərbi texnikanı pulla ABŞ-dan alaraq Ukraynaya çatdırır.
Avropa ölkələri 2022-ci ildə Ukrayna üçün bir milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırsalar da, istehsal imkanlarının məhdudluğu səbəbindən bu hədəfə hələ də çata bilməyiblər.
Avropa ABŞ-la yanaşı Hindistanın da hərbi istehsalından faydalanır. Hindistanın hərbi sənaye müəssisələrinin Avropa ölkələri ilə müxtəlif sazişləri mövcuddur. Mövcud sazişlər Hindistana əlavə gəlir qazanmağa imkan verir. Hindistan buna sırf kommersiya sövdələşmələri kimi yanaşır. Hindistan Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, müdafiə sənayesi sahəsində əməkdaşlığın miqyası azalıb. Hindistan birinci növbədə özünün hərbi-sənaye kompleksini inkişaf etdirməyə qərar verib.
İkincisi, Hindistan ona lazım olan hərbi təyyarələri və hərbi gəmiləri Qərbdəki müttəfiqlərindən almağa üstünlük verir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərbin Hindistanın hərbi texnikasına da ehtiyacı yaranıb. "Blumberq"in məlumatına görə, Hindistanın Avropaya sursat ixracının təxminən 75 faizi 13 ölkənin payına düşüb. Həmin ölkələrin Hindistandan sursat idxalı on dəfədən çox artıb. Avropa dövlətləri Hindistandan aldıqları silahlarla həm öz ehtiyaclarını ödəyir, həm də Ukraynaya tədarük edirlər", – o bildirib.

Siyasi       Tarix: 05 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun havanın temperaturu cəbhədən son görüntülər valyuta mezennesi 2026