Almaniya da Fransaya qoşuldu – Azərbaycana qarşı İLGİNC PLANLAR

Almaniya da Fransaya qoşuldu – Azərbaycana qarşı İLGİNC PLANLARQərbin anti-Azərbaycan ritorikası fonunda ABŞ və Fransadan sonra Almaniya da fəallaşıb. Müxtəlif platformalarda Azərbaycan əleyhinə bəyanatlar səsləndirən bu ölkələrin rəsmi dairələrinin sərt mövqe tutması ölkəmizə qarşı qərəzin göstəricisidir.
Özlərini Ermənistanın hamisi kimi aparan Qərb siyasətçilərinin çağırışlarında Azərbaycana nifrət, kin-kidurət, ermənilərə isə sevgi ifadə olunur. Ermənistanı "əzab çəkən ölkə" kimi qələmə verən qüvvələr Azərbaycanı ittiham edir və ölkəmizin əleyhinə bəyanatlar səsləndirirlər.
KONKRET.az xəbər verir ki, bu dəfə Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot "Azərbaycanı Ermənistana qarşı təhdidlərdən əl çəkməyə" çağırıb.
Özünün X mikrobloqunda Rot yazıb: "Hörmətli Aİ, nəhayət, bu münaqişəyə daha çox diqqət yetirməyin vaxtıdır. Ermənistan azadlıq, demokratiya və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Gəlin ona dəstək olaq".
Otuz il Azərbaycan ərazilərinin işğalına göz yuman Qərb indi Ermənistanın düşdüyü böhranı qəbul edə bilmir. Azərbaycanın işğal edilən ərazilərini qanuniləşdirməyə çalışan Qərbin planları alt-üst olunca yeni təxribatlara əl atmaqdan çəkinmir. Hər bir bəyanatı, açıqlaması yalnız şər və böhtandan ibarət olan Qərb dairələri hadisələrə sırf erməni prizmasından yanaşır. Ermənistanın ərazi bütövlüyünün pozulduğunu iddia edən Qərb təmsilçilərinin kimlərin əlində alətə çevrilməsi sirr deyil. Fransanın təsirindən çıxa bilməyən əksər Avropa dövlətləri kimi, Almaniya da bu cür mövqe ilə Cənubi Qafqazda sülhü təhdid altına alır.
Ermənistana qarşı xüsusi məhəbbətin arxasında isə bir neçə amil dayanır. Burada əsas faktor xristian təəssübkeşliyidir. İslamofobiya və türklərə nifrət də avropalıların zəif yeridir. Deməli, Azərbaycana qarşı nifrətin kökünü yalnız bir istiqamətdə axtarmaq düzgün deyil.
Fransadan ölkəmizə qarşı bu cür yanaşmalara adət etsək də, oxşar bəyanatları ara-sıra Almaniyadan da eşidirik. Bu dəfə Almaniya ermənilərin "pozulan hüquqları"ndan narahatdır.
Əslində bu bəyanat almaniyalı siyasətçinin ilk sayıqlaması deyil. Rot ötən ilin yayında da Azərbaycan əleyhinə bəyanatla diqqət çəkmişdi. 2023-cü ilin iyulunda Bundestaq təmsilçisi Azərbaycanı "etnik təmizləmə"də ittiham edirdi. Yeri gəlmişkən, Rot ötən il Ermənistana səfərindən sonra açıq şəkildə aqressiv ritorikası ilə diqqəti cəlb edib.
Maykl Rot anti-Azərbaycan mövqeyindən əlavə, həm də Aİ-nin Ermənistandakı kəşfiyyat missiyasının dəstəkçisidir. Hələ 2023-cü ilin oktyabrında o, beynəlxalq ictimaiyyəti Ermənistanda avropalı müşahidəçilərin sayının artırılmasının zəruriliyinə inandırmağa çalışırdı. Formal olaraq missiyanın məqsədi Ermənistanın sərhəd rayonlarında "sabitliyə" nəzarət etmək deyil. Onların məqsədi Azərbaycanla şərti sərhəddə kəşfiyyat məlumatları toplamaqdır.
Alman deputatın təxribat xarakterli açıqlamalarından erməni diasporunun milyonlarının iyi gəlir. Rot Bundestaqda ermənilərin maraqlarını təbliğ edən yeganə korrupsiyalaşmış deputat deyil. Bundestaqın Avropa Məsələləri Komitəsinin rəhbəri Anton Hofrayter də Rotun dediklərinə züy tutur. Bu adam bir qədər də irəli gedərək, Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və qaz tədarükü ilə bağlı Bakı ilə müqavilələrə yenidən baxmağa çağırıb. Nədənsə öz ölkələrindəki problemlərə biganə qalan deputatlar Almaniyanı bürüyən tətilləri unudub, Azərbaycanın problemlərindən danışırlar.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun