Almaniya, İngiltərə və İtaliyadan qələbə, İspaniya XAL İTİRDİ
Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ilk turun növbəti matçları keçirilib.
Publika.az xəbər verir ki, ikinci oyun günündə 13 qarşılaşma baş tutub.
B qrupunda İspaniya millisi Yunanıstanla oyunda xal itirib. Hərəyə bir qol vuran tərəflər elə hərəyə bir xalla da kifayətləniblər. İsveç yığması isə Gürcüstandan üstün olub – 1:0.
İtaliya da seçmə mərhələyə doğma meydanda start verib. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiyanı xalsız yola salıb – 2:0.
I qrupunda İngiltərə millisi San-Marinoya gözlənildiyi kimi darmadağınla qalib gəlib – 5:0.
J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiyanı topa tutub - 3:0.
DÇ-2022-nin seçmə mərhələsi
I tur
25 mart
B qrupu
İspaniya - Yunanıstan - 1:1
Qollar: Alvaro Morata, 33 - Anastasios Bakasetas, 57 (pen.)
İsveç - Gürcüstan - 1:0
Qol: Viktor Klaesson, 35
C qrupu
Bolqarıstan - İsveçrə - 1:3
Qollar: Kiril Despodov, 46 - Brel-Donald Embolo, 7. Haris Seferoviç, 10. Stiven Tsuber, 13
İtaliya - Şimali İrlandiya - 2:0
Qollar: Domeniko Berardi, 14. Çiro İmmobile, 39
F qrupu
İsrail - Danimarka - 0:2
Qollar: Martin Breytueyt, 13. Yonas Vind, 67
Şotlandiya - Avstriya - 2:2
Qollar: Qrant Henli, 71. Con Makginn, 85 - Saşa Kalayciç, 55; 80
Moldova - Farer adaları - 1:1
Qollar: İon Nikolaesku, 9 - Maynhard Olsen, 83
I qrupu
23:45. İngiltərə - San-Marino - 5:0
Qollar: Ceyms Uord-Prouz, 14. Dominik Kalvert-Lüin, 21; 53. Rəhim Sterlinq, 31. Olli Uotkins, 83
Macarıstan - Polşa - 3:3
Qollar: Roland Şallai, 6. Adam Şalai, 53. Villi Orban, 78 - Kşiştof Pyontek, 60. Kamil Yuzvyak, 61. Robert Levandovski, 83
Andorra - Albaniya - 0:1
Qol: Ermir Lenyani, 41
J qrupu
Almaniya - İslandiya - 3:0
Qollar: Leon Qoretska, 3. Kay Haverts, 7. İlkay Gündoğan, 56
Rumıniya - Şimali Makedoniya - 3:2
Qollar: Florin Tenase, 28. Valentin Mixeyle, 50. Yanis Haci, 86 - Ariyan Ademi, 82. Aleksandar Traykovski, 83
Lixtenşteyn - Ermənistan - 0:1
Qol: Noa Frommelt, 83 (öz qapısına)

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb