Almaniya qapıları açır: Turist vizası ilə gedənlər ölkədə qala biləcəklər
Almaniyada ixtisaslı işçilərin miqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan qanunvericiliyə düzəliş bu həftə parlamentdə müzakirə olunacaq.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, əsasnaməyə görə, Almaniyaya turist vizası ilə gələnlər iş tapdıqları təqdirdə ölkəsinə getmədən iş icazəsi ala biləcəklər.
Almaniyanın əmək və sosial işlər naziri Hubertus Heilin sözlərinə görə, qanun layihəsi ixtisaslı işçi qüvvəsinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyası (FDP) parlament qrupunun sədrləri Katya Mast, İrene Mihaliç və Yohannes Vogel verdiyi açıqlamada bildirib ki, qanun layihəsi bu həftə parlamentdə səsverməyə çıxarılacaq.
Məlumata görə, martın 29-da Nazirlər Şurası Əmək və Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsini qəbul edərək parlamentə göndərib.
Qeyd olunub ki, miqrasiya qanununa ediləcək dəyişikliklə Almaniyaya "Mavi Kart"la gələcək universitet məzunlarından tələb olunan minimum ümumi gəlir aylıq 3 min 500 avroya endirilib.
Martın 29-dan etibarən sığınacaq üçün müraciət etmiş şəxslər iş tapdıqları təqdirdə məşğulluq bazarına daxil ola biləcəklər.
"Bu, bizim rifahımızı, güclü Almaniyanı təmin etmək üçün çox yaxşı xəbərdir. Bu yolla biz daxili potensialdan daha yaxşı istifadə edərək ehtiyac duyulan ixtisaslı kadrları cəlb edəcəyik. Bürokratik maneələri aradan qaldırmaq istəyirik. Əgər insanlar öz peşəkar təcrübələrini və şəxsi potensiallarını özləri ilə gətirsələr, biz onların iş bazarımızda yer tutmalarına şərait yaradarıq", – daxili işlər naziri Nancy Faeser deyib.
Qeyd edək ki, Almaniyada xəstə və yaşlılara qulluq, santexnika, diş həkimi, mülki və infrastruktur mühəndisliyi, tikinti materialları istehsalı sahələrində ixtisaslı kadrlara ehtiyac var.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi