Alternativ yol başa çatan kimi Laçında Azərbaycan bayrağı ucalacaq – ERMƏNİ MEDİA EKSPERTİ
"Laçın rayonunun Azərbaycana qaytarılacaq torpaqları ilə bağlı söz-söhbətə istehza edən əziz və hörmətli məmurlar bu fotolarla tanışdırlarmı?".
KONKRET.az xəbər verir ki, bu sualı media eksperti Nairi Oxikyan öz Facebook səhifəsində verib və Laçın dəhlizinə alternativ çəkilən yolun tikintisindən foto paylaşıb.
"Bu, Zəngəzurun Kornidzor kəndi yaxınlığından başlayaraq Xinşen, Metsşen, Lisaqor kəndlərinə çatan yeni yoldur. Yol artıq asfaltlanır və erməni hakimiyyəti dəvəquşu kimi başlarını quma soxub. Guya heç nə görmürlər və təhlükənin olmadığını deyirlər.
Azərbaycan rəhbərliyi söz verib (bundan Ermənistan hakimiyyətinin də xəbəri var) ki, yolun tikintisi başa çatan kimi bir saniyə belə gözləmədən Laçın şəhərində Azərbaycan bayrağını ucaldacaq. O zaman Ermənistan hakimiyyəti nə deyəcək, öz hərəkətsizliyinə necə haqq qazandıracaq, aylardır bu məsələni qaldıranları ələ saldıqlarını necə izah edəcəklər, ən əsası isə Laçın, Sus və Zabuxda yaşayan ermənilərin şəraitini necə təmin edəcəklər. Bunlar heç kimin cavab vermək istəmədiyi suallardır", – Oxikyan qeyd edib.
Roman Göytürk,
KONKRET.az

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı
Ağdamda açıq ərazidə yanğın başladı
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Bakı neftinin qiyməti 82 dolları ötdü
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra
Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb