AMADA fitnes mərkəzlərində dopinqə qarşı mübarizəni sərtləşdirəcək
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində Danimarka təcrübəsini öyrənir.
Open.az AMADA-ya istinadla xəbər verir ki, qurumun nümayəndə heyəti Kopenhagendə keçirilən "Fitnesdə dopinq və səhiyyə" beynəlxalq konfransında iştirak edib və Danimarka Antidopinq Təşkilatı (ADD) ilə bir sıra görüşlər keçirib.
Konfrans iştirakçıları anabolik steroidlər və böyümə hormonlarının fitnes mərkəzlərində və idman zallarında istifadəsi, gənclər arasında yayılması, insan sağlamlığına mənfi təsiri ilə bağlı son araşdırmaların nəticələrini müzakirə ediblər. Həmçinin tədbirdə anabolik steroidlər və böyümə hormonlarının qlobal "qara bazarı", onların qeyri-leqal yayılması yolları, onlara qarşı mübarizə üsulları, antidopinq təşkilatları və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri təhlil edilib.
"Oxşar problemləri biz Azərbaycanda da müşahidə edirik. Anabolik steroidlərdən gənclərin istifadə etməsi bizi xüsusilə narahat edir. Gənclərə bu maddələr əsasən fitnes mərkəzlərində və idman zallarında təklif olunur. Çoxsaylı tədqiqatlar sübut edir ki, anabolik steroidlər və böyümə hormonları insan sağlamlığına çox ciddi mənfi təsir göstərir", - AMADA-nın direktoru Şəfəq Hüseynli Danimarka səfərinin yekununda bildirib.
Onun sözlərinə görə, ADD həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində ən qabaqcıl təşkilatlardan biri hesab edilir.
"Biz Danimarka təcrübəsini diqqətlə öyrənirik və anabolik steroidlərin fitnes mərkəzlərində və idman zallarında yayılmasının qarşısının alınması istiqamətində daha fəal işləyəcəyik. Biz bu sahədə hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq edirik", - deyə Ş.Hüseynli bildirib.
AMADA anabolik steroidlər və böyümə hormonlarının idxalı və satışı ilə məşğul olan şəxslər haqqında məlumatların hüquq-mühafizə orqanları ilə mübadiləsini həyata keçirir. Bununla yanaşı, ölkədə steroidlər və böyümə hormonlarının yayılmasını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi məqsədilə agentlik bir sıra təkliflər irəli sürəcək. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?