"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olmasına qərar verilib.
Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.
Oktyabrın 28-də isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli azxeber.com-a açıqlamasında deyib ki, bütün işıqlı adamlar uzun illər Ramiz Mehdiyevin qara qəzəbinə tuş gəliblər:
"Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan "qara dəlik" rolunu oynayıb, ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına süni maneələr yaradıb. Bunu bacarmayanda isə ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib, islahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb, öz mövqeyini qoruyub saxlamaq üçün ölkədə süni qütbləşmə görüntüsü yaratmağa çalışıb, bu niyyətini gerçəkləşdirmək üçün təsir agentlərinin nəzarətində olan radikal qrupları maliyyələşdirib və ən yaxşı bacardığı işi - sistemdənkənar "əyləc" funksiyasını yerinə yetirib. 
Parlamentari deyib ki, məhkəmənin qərarı Ramiz Mehdiyevin xəyanətlərinə verilən yekun qiymətdir:
"Məhkəmənin qərarı Ramiz Mehdiyevin xəyanətlərinə verilən yekun qiymətdir. Dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı müraciət də, həmçinin... Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsi isə, qanunvericiliyin tələblərinə uyğun atılan addımdır".
Şahanə Ziyad

Siyasi       Tarix: 29 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət, eləcə də nüvə silahlarını

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev dedi:. -Hörmətli Fərhad müəllim

Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir

BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edir. Bu barədə BMT-nin Sivilizasiyalar Alyansını

Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən azad edildiyi barədə iddia yayılıb. Məlumat onun Azərbaycandakı məktəbli geyimi qaydaları ilə bağlı çıxışının doğurduğu müzakirələr fonunda gündəm

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Toxumçular Birliyinin (ECOSA) Daşkənddə keçirilən konqresinə qatılıb. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabınd

Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı

Türkiyədə Azərbaycana dair sosial şəbəkə paylaşımlarına görə üç nəfər barəsində hüquqi proses başladılıb. KONKRET.azxəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, "Köklü Değişim Medya"nın Hatay nümayəndəs

3 ölkə rəsmisi Tehranda toplaşacaq

Məkkə Paktının iştirakçıları olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nümayəndələri bu gün regional koordinasiyanı müzakirə etmək üçün İran rəsmiləri ilə görüşəcəklər. reuters-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər valyuta mezennesi banklar xeber.az son xeberler xabarlar