Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəmə və inzibati araşdırmalara başlanılıb.
Türkiyə mediasının məlumatına görə, Gülterin keçmiş nişanlısı Kərvan Eminoğlu Yalova Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib və iddialarla bağlı bəzi görüntüləri istintaqa verib.
Şikayətdə Gülterin bəzi xəstələrə yatırtmaq məqsədilə iynə vurduğu, xəstəxananın təmizlik işçilərinə xəstələr üzərində ürək-ağciyər reanimasiyasını (ürək masajı) necə həyata keçirməyi öyrətdiyi iddia olunur. Həmçinin reanimasiya şöbəsində müalicə alan xəstələrə qarşı qeyri-etik davranışlar sərgilədiyi və ölən bəzi xəstələrin ölüm vaxtlarını dəyişdirdiyi də irəli sürülüb.
Yalova Vilayət Səhiyyə İdarəsi məsələ ilə bağlı açıqlama yayaraq, özəl tibb müəssisəsinin keçmiş əməkdaşının fəaliyyəti barədə yayılan iddialar əsasında məhkəmə və inzibati araşdırmaların başladıldığını bildirib.
Qeyd edək ki, Tuğyan Ülkəm Gülter anası "Güllü"nün ölümü ilə bağlı iş üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Xəstəxanada baş verdiyi iddia olunan hadisələrlə bağlı araşdırmalar isə davam edir.
///qafqazinfo/// / azxeber.com

Şou Biznes       Tarix: 30 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler valyuta məzənnələri sonxəbər son xeberler 2026