Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edib

Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edib"Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatasının spikeri Nensi Pelosi Ermənistana səfəri zamanı sərhəddə olan son toqquşmalardan da bəhs edib. Xanım diplomat publikaya, xüsusilə, ABŞ-da seçkilər öncəsi erməni icmasına xitabən nitqinin heç bir rəsmi əsası yoxdur. Bildiyimiz kimi hər zaman ABŞ-da demokratlar partiyası Azərbaycana qarşı olub. Bunun da əsas səbəbini partiyanın özəyinin erməni əsilli siyasətçilərdən ibarət olması ilə əlaqələndirə bilərik". 
Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edibBu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 
Deputatın sözlərinə görə, son 5 ilin iqtisadi, ticari göstəricilərinə baxsaq, bir daha anlayarıq ki, Nensinin çıxışı sadəcə absurddur:
"Həmçinin, qarşıdan Amerikada seçkilər gəlir, demokratların bu mövqeyi təbiidir. Mən 2012-ci il ABŞ və Azərbaycan arasında baş verən hadisələri xatırlatmaq istərdim. Həmin il respublikaçıların bütün səylərinə baxmayaraq, demokratların tələbi ilə səfir geri çağrılmışdı. Hətta bir müddət sonra Amerika siyasətçiləri və rəsmiləri də bunu demokratların onları seçən erməni icmasının istəyini yerinə yetirmək arzusundan irəli gəldiyini qeyd etdilər. Lakin təbii ki, sonra münasibətlər qaydasına düşdü, həmin illərdə Azərbaycan ABŞ üçün iqtisadi cəhətdən elə də güclü və lazimi partnyor deyildi, amma bu son 5 ilin iqtisadi, ticari göstəricilərinə baxsaq, bir daha anlayarıq ki, Nensinin çıxışı sadəcə absurddur. Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edib. Ermənistanın ən yaxın ticarət tərəfdaşı İran, Rusiya, Çin olduğu halda Azərbaycanın iqtisadi tərəfdaşlarının 80 faizi qərb ölkələridir. AB ilə olan qaz sazişini də xatırlasaq, görərik ki, ABŞ Azərbaycan münasibətləri olduqca qaydasındadır".
M.Cəfərov qeyd edib ki, Ermənistan doğrudan da qərbə meyl edirsə, bu yolun Türkiyə və Azərbaycandan keçdiyini bilməlidir:
"Əgər bu gün Ermənistan doğrudan da qərbə meyl edirsə, bu yolun Türkiyə və Azərbaycandan keçdiyini bilməlidir. Biz böyük təzyiqlərə qarşı duraraq ölkə başçısının iradəsilə 44 günə torpaqlarımızı azad etdik, Kəlbəcəri, Laçını, Ağdamı bir şəhidsiz, bir gülləsiz geri qaytardıq. Bütün bunlar baş verərkən də bizi günahlandıran qüvvələr olurdu, buna baxmayaraq müharibə bitib, regiondakı gücümüzə güc qatandan sonra reallıqla barışmalı oldular. Hazırda Ermənistan hakimiyyətinin qətiyyətsizliyi son toqquşmalara gətirib çıxartdı. Belə ki, Ermənistan Baş Naziri Nikol Paşinyan sonuncu Brüssel görüşündə kommunikasiya xəttlərilə bağlı razılığa gəlsə də, ölkəsinə geri döndükdən sonra əldə olunmuş razılığa əməl etmək istəmir, bunun üçün də aranın qarışması ona lazım idi və 2 günlük müharibə baş verdi". 
"Paşinyan kommunikasiya məsələsində razılığa gəlir, lakin onun istəyi buradakı rolunun olmamasıdır. Azərbaycanın tamamilə iradəsi daxilindəki yol onu qane etmir. Ermənistan tərəfi bu mənfur əməlindən əl çəkməlidir. Bunun da yeganə yolu onların könlünü oxşamaq üçün yalan vədlər verən dövlətlər, reallığı olduğu kimi ifadə edib, Ermənistanı sülhə məcbur etsinlər", - deyə deputat əlavə edib.
Hər zaman qarşılıqlı əlaqə yaratdığı ölkələrə xəyanəti ilə seçilən Ermənistan bu dəfə ABŞ-la yaxınlaşmağa cəhd edir. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin də İrəvana səfəri Ermənistanı bir az da ümidlərindirib. Amma onların ABŞ-a meyl göstərməsi Ermənistanın tərəfdaşlarına heç də xoş olmayıb. 
Qonşu İranla da münasibətlər quran Ermənistanın ABŞ-la yaxınlaşmaq istəyi İrana xəyanət kimi qiymətləndirilib. Bəs bu proseslər Ermənistanla İranın əlaqələrinə necə təsir edəcək? İran buna cavab olaraq hansı addımları ata bilər?
Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edibPolitoloq Tural İsmayılov azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, Rusiya kimi İran da Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə güc faktoru kimi yararlanmağa çalışıb:
"Nensi Pelosinin İrəvana səfəri Ermənistanla Rusiya arasındakı çatları dərinləşdirdiyi kimi, İran tərəfindən də haqlı narazılıqlara səbəb olur. Çünki bu günə qədər Rusiya kimi İran da Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə güc faktoru kimi yararlanmağa çalışıb. 30 il ərzində Azərbaycan torpaqlarının işğalına İran sözdə səs çıxarsa da, real olaraq Ermənistana hansısa təsirlər etməyib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra baxmayaraq ki, İran Azərbaycanı təbrik edib, amma eyni zamanda bu günə qədər Zəngəzur dəhlizinin reallaşmağını İran – Ermənistan sərhədlərinin dəyişməsi kimi şərh edirlər". 
Politoloq qeyd edib ki, Pelosinin səfəri İranla Ermənistan arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq:
"Hər kəsə bəllidir ki, İran Azərbaycan və Türkiyə arasındakı quru əlaqənin və dolayısilə türk coğrafiyası arasındakı vahid koordinasiya və kommunikasiya xəttinin yaranmasından ciddi narahatlıq keçirir. Bunlara rəğmən Paşinyanın sorosçu komandası indiyədək İranın maraqlarını təhdid etmirdi. Sorosçular hakimiyyətə gıtirdiyi adamları Rusiya təsirindən qopa bilməməsi, İranla yaxşı münasibət saxlamağını həzm edə bilmir. Ona görə də bu gün İran tərəfindən verilən ilkin bəyanatlar kifayət qədər sərtdir. Bütövlükdə Pelosinin səfəri İranla Ermənistan arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq".
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edib

Siyasi       Tarix: 20 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az cəbhədən son xəbərlər cəbhədən son vəziyyət krimnal xeber