"Amerika dünyanın ən kasıb ölkəsinə çevriləcək" - MƏŞHUR MİLYONÇU
"Amerika dünyanın ən kasıb ölkəsinə çevriləcək".
KONKRET.az xəbər verir ki, bunu Bayden administrasiyası siyasətinin qızğın əleyhdarı olan amerikalı sahibkar Robert Kiyosaki deyib.
"Zəngin ata, kasıb ata" kitabının müəllifi Kiyosaki Hindistanda olarkən müsahibə verib. O, Mumbaya səfərini belə izah edib:
"Mən həmişə gecəqondulara gedirəm. Beləliklə, bu dəfə Mumbayın gecəqondularına getdim. İnsanlara baxıram və danışıram. Amma insanların çoxunu şoka salan odur ki, Amerikada heç vaxt belə gecəqondular olmayıb. Bu gün Amerikanın hər yerində gecəqondular var… Mumbayın gecəqonduları bütün Amerikaya yayılır", – deyə məşhur milyonçu bildirib.
Kiyosaki tez-tez ABŞ dollarını tualet kağızına bənzədir və onu saxta adlandırır. O, kağız pullarla bağlı mövqeyini açıqlayaraq deyib:
"Dollar, peso və rupiyə üstünlük verən hər kəs səhv edir. Bunun üçün axmaq adamlar çalışır".
Sərvətlə bağlı fikirlərini açıqlayan Kiyosaki qızılı Tanrının pulu, dolları isə saxta pul adlandırıb.
Məşhur sahibkar qızıl və gümüş kimi fiziki və maddi aktivlərə investisiya qoymağı qətiyyətlə müdafiə edir. Kağız pullar qeyri-məhdud miqdarda istehsal oluna bilsə də, qiymətli metallar mahiyyət etibarilə azdır və bu, onları inflyasiyaya qarşı qiymətli hedcinq edir.
Daşınmaz əmlak Kiyosaki üçün başqa bir sevimli investisiyadır.
Onun sevimlilər siyahısında üçüncü aktiv sinfi neftdir. Bir çox onlayn platformalarda və müzakirələrdə Kiyosaki nefti "sivilizasiyanın canı" adlandırıb. Amma o, neft şirkətlərində pay sahibi olmaq əvəzinə, neft quyuları kimi maddi sərmayələrə üstünlük verir.
Burhan,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi