Amerikada yaşayan azərbaycanlı reperi maşın vurdu - FOTO

Amerikada yaşayan azərbaycanlı reperi maşın vurdu - FOTOAmerikada yaşayan keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallını avtomobil vurub.
Open.az xəbər verir ki, bu barədə reper "Facebook" hesabında məlıumat verib.
O bildirib ki, hadisə noyabrın 18-də baş verib: "Avionla (itimin adıdır) axşam gəzintisinə çıxmışdıq. Bərk yağış yağırdı və artıq saat 9:00 idi deyə, qaranlıq çökmüşdü. Evdən bir qədər uzaqlaşdıqdan sonra, məni piyada keçidində maşın vurdu. Zərbəni alan kimi huşumu itirərək başı üstdə yerə yıxıldım. Ayılanda artıq təcili yardım maşınında xəstəxanaya aparılırdım. Yanımdakı həkim mənə olanları danışmağa çalışırdı, mən isə ümumiyyətlə günün ardıcıllığını 3-4 saat sonra, artıq xəstəxanada olarkən tam yadıma sala bildim. Mənə deyildi ki, "sizi maşın vurub, itinizi isə polislər tapa bilmir..". Yoldaşıma da olanları zəng edib bildirdilər. Bir neçə dəqiqə sonra xəbər gəldi ki, Avion möcüzəvi şəkildə 3-4 maşın yolunu yağış altında, bir neçə yerindən qan axa-axa keçərək düz blokumuzum ağzına gedib dayanıb. Ordan onu Ülviyyə tapıb evə qaldırıb... Maşının onu da vurub vurmamasını hələ bilmirik, araşdırmağa çalışırıq".
Reper qəza nəticəsində beyninin silkələndiyini qeyd edib: "Başımın arxa hissəsində bir neçə çat var. Həmçinin, başımda cüzi daxili qanaxma var. Yəni, nə olubsa başıma olub. Təbii ki, illərlə ölümcül xəstəliklərlə mübarizə aparanlar üçün bu danışılanlar sadə "soyuqdəymə" səviyyəsində bir şeydir. Elə mən özüm də məsələni şişirtmirəm. 1-2 həftəlik yataq rejimindən sonra yenə ayaqda olub normal həyata geri dönəcəm. Ülviyyənin qayğısı ilə lap 3 günə qalxa bilərəm yəqin. Əsas olan odur ki, salamatam və Avion da evdədir. Bu cür imtahanlar isə, səbəbsiz göndərilmir. Yataq rejimi hər zaman düşünmək üçün əla fürsət sayılır. Elə bu bir neçə gündə bəzi şeyləri artıq dərk etmişəm. Xəbər tutan kimi özümlə əlaqə saxlayan bütün dost tanışa təşəkkür edirəm. Doğmalarınızın qədrini bilin".
Amerikada yaşayan azərbaycanlı reperi maşın vurdu - FOTO

Şou Biznes       Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar hava proqnozu bugünki xəbərlər xeberler bugun