Amerikalı polkovnik: "Paşinyan Putini təhqir edib"
"Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl KTMT hərbi blokunu tənqid edəndə və sammitin yekun bəyannaməsini imzalamaqdan imtina edəndə bu, İrəvanın Moskvaya qarşı açıq demarşı kimi qəbul edilib. Paşinyanın Rusiyanın üzünə vurduğu əsas ittiham ondan ibarətdir ki, onun rəhbərlik etdiyi KTMT bloku nəinki Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı insidentlər zamanı Ermənistanı dəstəkləməyib, hətta siyasi bəyanat verməkdən belə çəkinib.
KONKRET.az xəbər verir ki, bu fikirlər ABŞ ordusunun ehtiyatda olan polkovniki, İraq müharibəsinin iştirakçısı Ues Martinin Amerikanın "The National Interest" nəşrində dərc olunmuş məqaləsində yer alıb.
Qeyd olunub ki, Ermənistan KTMT-nin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə inanırsa, sivil dünyadan təcrid olunmuş Rusiyanın rəhbərlik etdiyi bu təşkilatın sammitini keçirməməli. Xüsusilə də İrəvanın Qərbin rəğbətini qazanmaq üçün israrlı cəhdləri bunu deməyə əsas verir. Hətta KTMT-nin fəal üzvlərindən biri olan Tacikistan oktyabr ayında KTMT ölkələrinin onun ərazisində təlimlər keçirməsindən qəti şəkildə imtina etmişdi".
Martin yazır, bütün resurslarını Ukraynadakı müharibəyə yönəldən Rusiya Moskvanın "arxa bağçası" adlandırdığı Cənubi Qafqazın problemlərinə artıq kifayət qədər vaxt ayıra bilmir.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı