Amerikalı professor ermənilərin bütün ittihamlarını çürütdü: "Buna görə qaçdılar
Ermənilər soyqırımı iddialarını türklərin qolunu bükmək üçün istifadə edir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın Luizvill Universitetinin müəllimi, professor Castin Makkarti Türkiyə-Amerika Təhlükəsizlik Vəqfinə (TASFO) müsahibəsində deyib.
1995-ci ildə yayımlanan "Ölüm və Sürgün: Osmanlı müsəlmanlarının etnik təmizliyi, 1821-1922" adlı kitabın müəllifi bildirib ki, 1915-ci il hadisələri ilə bağlı Osmanlının erməniləri yox etməyə çalışdığına dair heç bir tarixi fakt yoxdur.
Onun sözlərinə görə, həmin dövrdə Şərqi Anadolu, Kilikiya və Zaqafqaziyada inanılmaz sayda türk və kürd əhali qırılıb.
"O dövrdə öldürülən türklərin sayı 3 milyonu keçmişdi. Ölən erməni sayı isə 600 minə yaxın idi. Bir tərəfdə erməni və rusların olduğu, digər tərəfdən Osmanlı ordusu və yerli əhalinin olduğu döyüş bölgələrində hər iki tərəfdən 40 faizə qədər insanın öldüyü ortaya çıxır. Buradakı problem sadəcə ölən ermənilərin sayılmasıdır. Belə olduğu təqdirdə, bu, soyqırımı kimi görünür. Amma hər iki tərəfin itkilərini sayanda qorxunc döyüş ortaya çıxır", - professor deyib.
Onun sözlərinə görə, ermənilər qorxduqları üçün Zaqafqaziyaya köç ediblər: "Çünki ermənilər kürdlər başda olmaqla, yerli əhalinin böyük hissəsini öldürmüşdü. Qalanlarını da məcburi köçkün etmişdi. Gördülər ki, ruslar geri çəkiləndə arxada qalsalar, başları ağrıyacaq. Kürdlər intiqam alacaqdı. Buna görə də qaçdılar".
Professor qeyd edib ki, Osmanlı telefon kabellərini kəsən, onların konvoyuna hücum edən ermənilərlə savaşmaq üçün 1 milyondan çox əsgərdən istifadə etmək məcburiyyətində qalıb. Erməni təşkilatları isə həmin dövrdə baş verənləri türklərin qolunu bükmək üçün istifadə etməyə çalışır.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür