Analar qızlarının evini yıxır' - Gülşad Baxşıyeva
"14 yaşında qızın evdən qaçıb, Bakıya gəlməyini efirə çıxartmaq olmaz. Başqası da baxır, deyir, belə də etmək lazımdır. Hər şey abırsızlaşıb. harada pis var, onu götürürük. Oğlanlara baxırıq, deyirsən ki, gələcəkdə kişi ola biləcək? Qıza baxırsan, deyirsən, sabah necə arvad olacaq? Arvad sözü gözəldir. İndikilər deyir mənə arvad demə, həyatım de. Həyatım deyə bilməzsən kiməsə".
azxeber.com "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Açıq söhbət" proqramında deyib. Aktrisa indiki sevgilərə inanmamasından danıışıb:
"Həyat yoldaşım mənə limonad, sosiska alırdısa, sevinirdim. İndikilər brilliant, maşın, ev alırlar, amma o sevgi deyil. Boşanmaların səbəbi haqda o qədər danışmaq olar ki... İndi oğlanlarda da, qızlarda da boşluqdur. Qayınana qız alır oğluna, gedir evini satır. O vaxtın qayınanaları zalım idi. Deyirdilər, gəlinin nə ixtiyarı var məndən sonra oyansın. İndikilər deyir, yatsın. Gəlinlərin tələbi çoxdur. Fəhləyə gedir, deyir, məni təmin etməlidir. Axı sən milyonşuya yox, maaşa baxana getmisən. Ana da çıxır ki, hər şey edəcəm, qızım bəxtəvər olsun. Bəs ana istəyir, oğlu bədbəxt olsun? Bununla da ana qızının evini yıxır.
İndi qızlar ağılla ərə gedir, hiss yoxdur. Ona görə də boşanırlar. Onlara ərə getmək lazımdır. Özbaşına hərəkət etmək olmaz. Adam abır-həya ilə yaşamalıdır".
"İndi dəb düşüb, qadınlar kişiləşir? Niyə? Allah səni qadın, səni də kişi yaradıb. Baxıram ki, bu kişi niyə belə yeriyir? Əvvəl də olub, amma gizli. indi açıq yaşanır. Deyir, əcəb edirəm. Allah məsləhət bilsəydi, bu oğlanı qadın yaradardı. Onlar camaatın balasını da korlayırlar. Olmaz... Deyirlər, avropalaşırıq. Mən türkəm, aləmi dağıdaram. Bu, Allaha qarşı çıxmaq deməkdir" deyə, G.Baxşıyeva əlavə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var