Anar Quliyev: 'Ağdamda Milli Şəhər Forumunun keçirilməsi ilə bağlı müzakirələr son mərhələdədir
Bu il Ağdamda Milli Şəhər Forumunun keçirilməsi ilə bağlı müzakirələr son mərhələdədir.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı deyib.
"Biz forumu bu ilin oktyabrında təşkil etməyi planlaşdırırıq və fürsətdən istifadə edərək hamınızı bu tədbirdə iştirak etməyə dəvət etmək istərdim. Ümid edirik ki, bu forum münaqişədən sonrakı yenidənqurma prosesləri ilə bağlı bir çox məsələlərin müzakirəsi üçün əla imkan yaradacaq", - A.Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası istiqamətində davamlı səyləri BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlığın vacibliyini sübut edir.
A.Quliyev qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifin Azərbaycana bu yaxınlarda səfəri əməkdaşlıqda yeni səhifə açıb:
"Biz proqramın Azərbaycanda yeni şəhərsalma proqramının həyata keçirilməsinin təşviqində oynadığı mühüm rolu yüksək qiymətləndiririk".
A.Quliyev onu da vurğulayıb ki, Azərbaycan BMT-nin Məskunlaşma Proqramının bütün dünyada səylərini dəstəkləyir və məhz bu dəstəyə uyğun olaraq Azərbaycan hökuməti proqrama könüllü olaraq 1,5 milyon ABŞ dolları ayırıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı