Anası rus olduğu üçün ordudan qovulan əsgər: Vətənə xəyanət etmiş...
Norveç ordusunda xidmət edən 20 yaşlı Martin Yakobsen qovulub.
Publika.az xəbər verir ki, buna səbəb əsgərin anasının rus olması və Rusiyada qohumlarının yaşamasıdır.
Norveç mediasının məlumatına görə, M.Yakobsen yanvar ayında seçim mərhələlərindən keçdikdən sonra orduya qəbul olunub. Bir neçə ay sonra isə səlahiyyətli şəxslər onun casus ola biləcəyindən şübhələnərək ordudan uzaqlaşdırıb.
M.Yakobsen isə həyatında sadəcə 2 dəfə Rusiyaya səfər etdiyini, anasının isə 20 ildən çoxdur ki, Norveçdə yaşadığını bildirir.
O, özünü Vətənə xəyant etmiş kimi hiss etdiyini qeyd edir: "Sanki dövlət mənə "sən kifayət qədər norveçli deyilsən" deyirmiş kimiydi. Amma mən özümü hər zaman həqiqi norveçli kimi hiss edirdim. Bu, çox ağrılıdır".
Qeyd edək ki, son 4 ildə Norveç ordusundan 688 nəfər etibarsızlıq səbəbilə uzaqlaşdırılıb.
Norveç Silahlı Qüvvələrinin Ombudsmanı Roald Linaker gənclərin yoxlanışdan keçirilmədən orduya qəbul olunmasını tənqid edib.
Aprel ayında qüvvəyə minən qanuna əsasən, xarici ölkələrlə əlaqəsi olan şəxslər Norveç ordusuna qəbul edilmir. Bu qayda daha çox Norveç və NATO üçün təhdid təşkil edən Rusiya, Çin, İran, Ukrayna, Filippin, Braziliya, Belarus və Meksika ilə əlaqələri olan insanları hədəf alır.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək