Anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açıldı
Bakının Qaradağ rayonunda anasını qəsdən öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Kamran Şükürzadə barəsində cinayət işi açılıb.
Bu barədə azxeber.com-a Qaradağ Rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla şəxsi münasibətlər zəminində Aybəniz Şükürovanı oğlu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var