Andranik Köçəryan: "Biz şou yox, istintaq aparırıq"

Andranik Köçəryan: Ermənistanda 44 günlük müharibəni araşdıran istintaq komissiyasında baş nazir Nikol Paşinyanın ifadələri geniş müzakirə edilir. Azərbaycanda olduğu kimi, Ermənistanda da Paşinyanın söylədiyi məqamlara ayrı-ayrılıqda toxunulur və baş nazirin sözlərinə münasibət bildirilir.
KONKRET.azolaraq biz də Ermənistan baş nazirinin çıxışlarını diqqətdə saxlayır, onun istintaqa verdiyi ifadələrdə yalanı, qərəzi, hadisələrin təhrif edilməsini müxtəlif rakurslardan şərh etməyə çalışırıq. Ermənistanda da Paşinyanın danışdıqları birmənalı qarşılanmır. Onun ittihamlarına isə ən çox reaksiya verən keçmiş hərbçilər olub. Keçmiş baş qərargah rəisi, general-polkovnik Onik Qasparyan müharibənin aparılması ilə bağlı məsələlərin ictimai müzakirəsini qəbuledilməz hesab edib.
Bundan əlavə, Qasparyan qeyd edib ki, baş nazir təkcə silahlı qüvvələrin fəaliyyətini deyil, həm də bütün dövlət idarəetmə sisteminin fəaliyyətini təqdim edərək müsbət və mənfi cəhətləri, habelə uğursuzluqların obyektiv və subyektiv səbəblərini göstərməlidir.
İstintaq komissiyasının sədri Andranik Köçəryan isə səslənən ittihamları qəbul etmədiyini, Paşinyanın hər bir çıxışının inandırıcı olduğunu bildirib:
"İstintaq komissiyası Onik Qasparyanla bağlı, o cümlədən Şuşanın əldən getməsi məsələsi və baş qərargah rəisinin müharibə zamanı baş nazirə yalan məlumat verməsini araşdırır. Məlum olub ki, Qasparyanın Paşinyana verdiyi məlumatlardan heç bir yalan xəbər olmayıb".
Andranik Köçəryan müxalifətin istintaq komissiyasında iştirakdan imtinasına da toxunub:
"Onlar hər şeyi teatr hesab edirlər. Məncə, müxalifətin imtinasının səbəbi sadəcə olaraq faktlarla məşğul olmaq istəməməsidir".
Keçmiş müdafiə naziri Davit Tonoyanın təklifinin rədd edilməsilə bağlı suala komissiya sədrinin cavabı belə olub.
"Çünki Tonoyan istintaq komissiyasını fikirlərin toqquşması platformasına çevirməyi təklif edib. Yox, istintaq komissiyasının öz proseduru var. Biz bura gəlmək üçün qanun çərçivəsində hər şeyi təklif etmişik. Tonoyan deyirdi ki, mən gəlib Paşinyanla canlı debata çıxım. Amma biz şou yox, istintaq aparırıq", – deyə 44 günlük müharibəni araşdıran istintaq komissiyasının sədri bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər cəbhədən xəbər sonxeberler dunya xeberleri