Ankara Bakı və İrəvan arasında sülh səylərini dəstəkləyir
Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri dəstəkləyir.
azxeber.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı proseslər Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.
Hakan Fidan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişinin İran və ya digər dövlətlərə qarşı yönəlmədiyini də vurğulayıb.
"Ortaq təhdid yoxdur. Sazişi imzalayan ölkələrə təhlükə yaratmadığı müddətdə heç bir dövlət hədəf olmayacaq", - deyə nazir bildirib.
Fidanın sözlərinə görə, saziş texniki baxımdan NATO-nun 5-ci maddəsinə bənzəyir. O, növbəti mərhələdə Misirin də bu əməkdaşlığa qoşula biləcəyinə əminliyini ifadə edib və Cənubi Qafqaz ölkələri ilə də oxşar razılaşmaların mümkünlüyünü istisna etməyib.

Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Ukrayna mediası Qurbandan nələr yazdı?
Onun üçün 125 milyon ödədilər
16 yaşlı Asimanın da meyiti tapıldı
Xocavənddə traktor minaya düşdü
Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO
Gəncədə ağır qəza - Xəsarət alanlar var
Pakistandakı yeni səfirimiz o oldu
Azərbaycanın Pakistandakı səfiri dəyişdi
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Vaşinqton razılaşmasının arxasında nə dayanır? – Azərbaycanın geosiyasi qazancı və Zəngəzur planı