Ankarada "Dinməyən ağrı: Xocalı soyqırımı" adlı beynəlxalq simpozium keçirildi - FOTO

Ankarada Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar "Dinməyən ağrı: Xocalı soyqırımı" adlı beynəlxalq simpozium keçirilib.
azxeber.com xəbər verir ki, Azərbaycan-Türkiyə Evi  (ATEV), "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi, "Türk İrsinin İnkişafına Dəstək" İctimai Birliyi və "Yeni Çağ" Medai Qrupunun təşkilatçılığı ilə Qazi Universitetində keçirilən tədbir vətən üçün canlarını fəda edən şəhidlərin və Xocalı soyqırımının qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADEV) sədri Aygün Attar, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa, Birlik Xəbər Agentliyinin rəhbəri Məhəmməd Qaçar, media və ictimaiyyət nümayəndələrinin qatıldıöı simpoziumu açıq elan edən Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı professor Musa Atar Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün türk dünyasının faciəsi olduğunu diqqətə çatdırıb. Musa Atar üstündən 33 il keçməsinə baxmayaraq, soyqırımının ağrısının hələ də təzə qaldığını bildirib. Xocalı qurbanlarının anım mərasiminə ev sahibliyi etmələrinin faciə qurbanlarının ruhuna ehtiram əlaməti olduğunu qeyd edən dekan Türkiyənin Azərbaycanın acısını paylaşdığını vurğulayıb.
Daha sonra professor Çətin Almasın moderatorluğu ilə eyni mövzuda müzakirələr aparılıb.
Millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında Xocalıda törədilən soyqırımının siyasi tərəflərindən bəhs edib. Millət vəkili ermənilər və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilən bu faciəni insanlıq əleyhinə cinayət adlandırıb.
"Çox təəssüf ki, bu cinayəti törədənlər uzun illər hüquqdan yayınmağı bacarmış, törətdikləri insanlıq əleyhinə cinayətə görə heç bir cəza almamışlar. Ancaq 30 illik işğalı öz gücünə sonlandıran və torpaqlarını azad edən güclü Azərbaycan bu məsələnin həll edilməsində də səylərini davam etdirir. Xocalının Meşəli kəndində soyqırımı törədən Vaqif Xaçatryanın bu gün Azərbaycan məhkəməsində mühakiməsi davam edir və başda Ermənistanın keçmiş prezdenti, Xocalı qatili Sarkisyan olmaqla, bütün cinayətkarların cəzalandırılacağı gün o qədər də uzaqda deyil. Azərbaycan liderinin qətiyyətli siyasəti bunu deməyə əsas verir", – deyə T. Rüstəmxanlı bildirib.
Deputat Səbinə Salmanova çıxışında Azərbaycanın zəfərlə nəticələnən Vətən savaşında beynəlxalq hüququ təmin etdiyini bildirərək 3 il sonra keçirilən antiterror əməliyyatları ilə Qarabağdan separatçıların kökünün qazındığını vurğulayıb.
Xocalı soyqırımının beynəlxalq arenada tanıdılmasının və bunun soyqırımı kimi təbliğ edilməsinin vacibliyi barədə danışan Səbinə Salmanova bu istiqamətdə görülən işlər barədə məlumat verib.
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışında Xocalı faciəsinin soyqırımı kimi təbliğatının əhəmiyyəti barədə məlumat verib. Aqil Ələsgər Xocalı soyqırmı barədə dünya mediasında yayımlanan yazılar və bu yazılardakı müəllif mövqeyi barədə danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanında və ondan sonra informasiya savaşının nə qədər əhəmiyyətli olduğu üzə çıxıb:
"Azərbaycan mediası bu çətin sınaqdan üzüağ çıxdı. Bütün dünyaya informasiya savaşının, dezinformasiya ilə mübarizənin necə aparılmalı olduğu barədə dərs keçdi. Təəssüf ki, Xocalı soyqırımı yaşananda yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın media imkanları bu faciənin dünyaya çatdırılması üçün yetərli deyildi. 20 Yanvar faciəsində olduğu kimi, Xocalı soyqırımında da xarici, xüsusilə Türkiyə mediası böyük əmək sərf etmişdi. Bu gün biz də Anadolu mediası ilə əməkdaşlığımızı genişləndirərək Xocalı soyqırımı başda olmaqla, türk dünyasının ortaq yaralarına hüquqi qiymət verilməsi istiqamətində informasiya cəbhəsində yer alırıq".
"Türk İrsinin İnkişafına Dəstək" İctimai Birliyinin və Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Xocalı faciəsinin ictimaiyyətdə yaratdığı ab-hava barədə danışıb. Bu kimi faciələrin toplumu bir-birinə bağladığını bildirən M. Qurbanova həmin həmrəylik sayəsində Xocalının bu gün azad olduğunu vurğulayıb.
"Biz bu gün Xocalıya gedirik. Cənab prezident Xocalı şəhərində Azərbaycan bayrağını ucaldaraq, əslində, orada vəhşicəsinə öldürülmüş insanlarımızın ruhuna öz ehtiramını göstərmişdi. 3 mindən çox şəhid verərək işğaldan azad etdiyimiz həmin torpaqlar bu gün yenidən qurulur. Lakin oradakı ağrı, acı heç bir zaman yaddaşlardan silinməyəcək".
Tarixçi Kamal Çiçək çıxışında Azərbaycanın müstəqillik yolundan danışıb. O, 20 Yanvar faciəsinin, Xocalı soyqırmının və bu kimi digər qırğınların Azərbaycan millətinin formalaşmasındakı rolundan bəhs edib.
Simpozium iştirakçıların suallarının cavablandırılması və müzakirə şəraitində davam edib.
Sonda iştirakçılara plaketlər təqdim olunub.
Ankarada Ankarada Ankarada Ankarada Ankarada Ankarada

Sosial       Tarix: 26 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər son xeberler azerbaycan xeber.az son xeberler idman xeberleri