Ankaradan növbəti SÜLH TƏKLİFİ: hər iki tərəf razı olsa
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenski arasında dialoq təşkil edə bilər".
Publika.az xəbər verir ki, bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
"Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Biz bu iki ölkə arasında heç bir münaqişəni müsbət qarşılamırıq və ya dəstəkləmirik. Gərginliyi azaltmaq üçün qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışırıq.
Bir çox Qərb dövlətlərinin Rusiya ilə konstruktiv birbaşa əlaqələri yoxdur, lakin Türkiyənin bu xüsusi mövqeyi var", - Ərdoğanın sözçüsü bildirib.
Kalın deyib ki, hər iki tərəf bu təklifə müsbət yanaşarsa, Türkiyə rol oynaya bilər. Onun sözlərinə görə, R.T.Ərdoğn Putinlə Zelenski arasında görüş təşkil etməklə deeskalasiya istiqamətində konstruktiv addım ata bilər:
"Münaqişə olarsa, hamı əziyyət çəkəcək, Ukrayna artıq bu son münaqişələrdən ağır zərbə alıb. Donbassda minlərlə insan əziyyət çəkib, ona görə də biz gərginliyi azaltmaq üçün bütün addımları dəstəkləməyə hazırıq. Əgər Türkiyə bu prosesdə vasitəçi və ya təşəbbüskar rolunu oynayırsa, prezidentimiz də məmnuniyyətlə bu prosesdə rol oynayacaq", - o əlavə edib.
Hüseyn
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək