Ankaradan növbəti Zəngəzur dəhlizi AÇIQLAMASI: gözləyirik
"Türkiyə Qafqazın əməkdaşlıq, həmrəylik və inkişaf zonasına çevrilməsinin tərəfdarıdır".
Publika.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ankarada Azərbaycanın 44 günlük Vətən Müharibəsində Zəfər Gününə həsr olunmuş fotosərginin açılışında deyib.
Şentop qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə Qafqazda davamlı sülh və əməkdaşlığa gedən yolda əsas maneə aradan qaldırılıb.
"Qafqazda dialoq üçün zəmin formalaşıb. İrəvanın konstruktiv yanaşma nümayiş etdirmək imkanı var. Ermənistan 9 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin bəndlərinə hörmət etməlidir. Sülh müqaviləsi imzalanmalıdır", - Şentop vurğulayıb.
Türkiyə parlamentinin sədri, həmçinin Qərbi Zəngəzurda dünya ticarətinə töhfə verəcək 46 kilometrlik dəhlizin açılmasını istəyib.
"Biz Ermənistanın özünün gələcəyinin prioritetlərini nəzərə alaraq İrəvandan cəsarətli və konstruktiv addımlar gözləyirik", - Şentop əlavə edib.
Turlar.az [newsid: 0-123300]

İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir - Qumda yaşanan olaylar zənciri
Şahbaz Şərif: "Dünya sülhə heç vaxt indiki qədər yaxın olmayıb"
İran XİN başçısı: "ABŞ ilə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq"
Qadağan olunmuş məlumatları "TikTok"da yayan şəxs həbs olundu
Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Pensiyaçılara şad xəbər
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
Çexiya millisi 20 ildən sonra DÇ-də qol vurdu
"Heydər Əliyev yolu Azərbaycanın uğur yoludur
DÇ-2026: Daha 2 maraqlı oyun baş tutacaq
MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi
Nərimanovda premium təmirli mənzillər: "City Garden Narimanov" mənzil fürsətləri təqdim edir
Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
Qara qızıl ucuzlaşdı